19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Şahin Diniyev: “Klublar Komitəsinin limitlə bağlı təklifi qəbul olunmaya da bilər”

“Klublar Komitəsi PFL və AFFA rəhbərliyinə müraciət edərək, öz layihələrini təqdim ediblər. Amma gənc futbolçuların maaşlarına limit qoyulması barədə Klublar Komitəsinin də bir neçə təklifi var”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri milli komandamızın sabiq baş məşqçisi, Klublar Komitəsinin üzvü Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis qeyd edib ki, Klublar Komitəsinin 21 və 23 yaşa kimi futbolçuların məvacibi ilə bağlı təklif etdiyi limit barədə qərar qəbul olunmaya da bilər: “Hər bir qərara hörmətlə yanaşırıq. Amma indidən Klublar Komitəsinin gənc futbolçuların maaşlarına limit qoyulması barədə təklif etdiyi qərarın qəbul olunub-olunmayacağı bilinmir. Bu, sadəcə onlarn istəkləridi. Hərənin bir fikri var. Klublar Komitəsinin təklifi odur. Bizim ayrı təklifimiz var, başqasının da tam fərqli təklifi. Hansı təklifin qəbul olunacağına isə AFFA-nın İcraiyyə Komitəsi qərar verəcək”.

Bununla belə, Şahin Diniyev Klublar Komitəsinin sözügedən məsələ ilə bağlı təklifini açıqlamaq istəməyib: “Yaxşı olardı ki, bu barədə bizim komitənin sədri Vaqif müəllim (Vaqif Sadıqov nəzərdə tutulur-red.) danışsın. Mən yalnız onu deyə bilərəm ki, biz təklifimizi ictimaiyyətə açıqlamasaq da, AFFA-nın baş katibi Elxan Məmmədova təqdim etmişik. 3 layihəmiz var. AFFA rəhbərliyi də baxıb, yekunda öz qərarını verəcək”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30