23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Yaşar Vahabzadə: “Yerlilərlə eyni səviyyədə olsa, o futbolçunu milliləşdirməyəcəyik"

21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə Futbolxeber.az saytına müsahibə verib.

- Bu gündən etibarən U-21-in Antalyada təlim-məşq toplanışı başlayır. Hazrlıq prosesinə istədiyiniz bütün futbolçuları cəlb edə bildiniz?

- Tam istədiyimiz heyəti yığa bilmədik. Çünki “Neftçi”nin AZAL-la təxirə salınmış oyunu var. Buna görə də həmin komandalardakı futbolçulara dəvət göndərə bilmədik. Üstəlik, I diviziondan da namizədlərimiz var. I divizionda isə ikinci dövrə start götürür. Artıq həmin futbolçuları növbəti toplanışda sınayacağıq.

- Antalyada əsas millidən hansısa futbolçuların U-21-ə qoşulması mümkündür?

- Hə, mümkündür. Millinin baş məşqçisi ilə bu barədə söhbətimiz olub. Əsas millinin düşərgəsində olan və yaşı U-21-ə düşən futbolçular var. Razılıq verilib ki, yoxlama oyunları zamanı həmin futbolçular bizim komandaya kömək edəcək.

- Açıqladığınız heyətdə “Eskişehirspor”un üzvü Dəniz Topçu da var. Ona dəvət göndərməyiniz heç də birmənalı qarşılanmadı. Bu məsələyə necə aydınlıq gətirə bilərsiz?

- O futbolçu daha əvvəl Maltada da U-21-in düşərgəsində olub. Hətta yoxlama oyununda əsas heyətdə də oynayıb. O zaman çıxışına baxmışdıq. İndi də sınaqdan keçirəcəyik. Hələ ki biz onu yoxlayırıq. Bəziləri deyir ki, artıq milliləşdirilib. Xeyr, bu, düzgün informasiya deyil. Biz hələ onu sınaqdan keçiririk.

- Çıxışını bəyənsəniz o, milliləşdiriləcək?

- O mövqedə bizdə yerli futbolçular da var. İlk növbədə onlarla rəqabət aparacaq. Yerlilərlə eyni səviyyədə olsa, o futbolçunu milliləşdirməyəcəyik. Təbii ki, belə olan halda öz futbolçularımıza şans verəcəyik.

- Yəqin ki, toplanış zamanı Qana kimi güclü rəqiblə yoxlama oyunu keçirmək ürəyinizcədir?

- Təbii ki. Bildiyim qədəri ilə Qana da U-21 yox, U-20 millisi var. Bununla belə, yenə də rəqib güclüdür. Onlara qarşı oynamaq bizim üçün yaxşı təcrübə olacaq.

- Bir müddət əvvəl seçmə mərhələnin püşkü atıldı və təqvim müəyyənləşdi. Təqvimdən razı qaldınız?

- Təqvimi müəyyənləşdirərkən hərə öz sözünü deyir. Müəyyən dərəcədə təqvim məni qane etdi. Əsas odur ki, oyunlarımız əsas milli ilə üst-üstə düşmür. Bu isə o deməkdir ki, lazım olan bütün futbolçuları heyətə cəlb edə biləcəyik.

- İlk oyunu millimiz səfərdə Farer adalarına qarşı keçirəcək. Startda nisbətən zəif rəqiblə qarşılaşmaq seçmə mərhələyə qələbə ilə başlamaq istəyinizdən irəli gəlir?

- Biz təqvimi tərtib edən edəndə maraqlı bir hadisə yaşandı. Təqvimi tərtib etdikdən sonra gördük ki, 1 oyun qalıb. Bu zaman Farer adalarının nümayəndələri dedilər ki, bəs biz oynamayacağıq? (gülür) O ki qaldı ilk oyunumuza, bu dəqiqə Avropada hamı futbol oynaya bilir. Farer adaları ötən tsiklda qol da vurub, qələbə də qazanıb. Rumıniya ilə heç-heçə oynayıblar, Çernoqoriyaya isə qalib gəliblər. Odur ki, heç bir rəqibə zəif gözü ilə baxa bilmərik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30