20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi” rəsmisi: “Biz hakim təyin etmirik, dəyişdirmirik, sifariş vermirik”

“Qarabağ”ın “Əliyar Ağayevin istənilən hakimlə dəyişməsini təklif edirik” açıqlamasına “Neftçi”dən cavab gəlib. “Ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Futbolxeber.az saytına verdiyi açıqlamada bunları deyib: “Biz “Qarabağ”la oyunun Əliyar Ağayevə tapşırılmasına etiraz etmədik. Sadəcə olaraq, sözügedən hakimi obyektiv olmağa dəvət etdik. Bizim istəyimiz təmiz hakimlikdir. Kim güclüdürsə, qoy, o da qalib gəlsin. Lakin bəziləri sözümüzü başqa cür anlayıb. "Qarabağ”ın “Neftçi” və AFFA-ya müraciətinə cavab olaraq deyim ki, biz hakim təyin etmirik, dəyişdirmirik, sifariş vermirik. Bunu bacaranlar bilər və təklif edər. Düşünürük ki, hakimin dəyişdirilməsi ilə bağlı müraciət edib, şou yaratmağa ehtiyac yoxdu. "Qarabağ” bu qədər obyektivdirsə, qoy, Muarem Muaremin əvvəlki turda "Simurq”la oyundakı hərəkətinə hüquqi qiymət verilməsi ilə bağlı AFFA İntizam Komitəsinə müraciət etsin və futbolçu cəzasını alsın”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30