23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Neftçi”nin vitse-prezidenti: “Bu suala cavab verməyəcəyəm”

“Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov Futbolxeber.az saytına müsahibə verib. 

- “Qəbələ”yə qarşı baş tutan oyunda “Neftçi” ilk yarıdan sonra hesabda geridə idi. Həmin vaxt komandamızın meydandan 3 xalla ayrılacağına inanırdız?

- Qış fasiləsində komandamız Antalyada çox yaxşı hazırlıq keçdi. III dövrəyə bir qədər zəif başladıq. Əvvəlcə AZAL-a uduzduq, daha sonra öz meydanımızda “Simurq”la heç-heçə oynadıq. Ancaq toparlanmağı bacardıq və ardıcıl 2 qələbə qazandıq. İnanırıq ki, qələbələrin davamı gələcək. Bizi qarşıda daha çətin oyunlar gözləyir. Bu gün çempionatımızda zəif komanda yoxdu. Hər bir komanda rəqibindən xal almaq gücündədi. Aydın məsələdi ki, turnir cədvəlində özündən xeyli geri qalan komandaya qarşı köklənmək çətin olur. Bunları da nəzərə almaq lazımdı.

- Hazırda “Neftçi” “Qarabağ”dan 10 xal geri qalır. Sizcə, mövsümün sonuna kimi bu fərqi aradan qaldırmaq mümkün olacaq?

- “Neftçi” daim meydana yalnız qələbə qazanmaq üçün çıxır. Amma çempionat böyük marafondu. Xal fərqimiz “Qarabağ”la həqiqətən də böyükdü. Lakin fərqi azaltmağa çalışacağıq. Həm də ehtiyatda bir oyunumuz var. AZAL-la təxirə salınmış matçımızı nəzərdə tuturuq. Üstəlik, növbəti turda da elə “Qarabağ”la görüşəcəyik.

- İlk yarıdan sonra “Qəbələ”yə uduzurdunuz. Fasilədə

paltardəyişmə otağına enib, futbolçuları motviasiya etdiniz?

- Bu, təxribat xarakterli sualdı (gülür). Biz vahid komandayıq. Komanda yalnız meydana çıxan 11 futbolçudan ibarət deyil. Bura məşqçilər korpusundan tutmuş, rəhbərliyə qədər hamı daxildi.

- Bir müddət əvvəl Ernest Nfor əvəzedici heyətə göndərildi. Komandanın çətin vəziyyətində belə bir addımın atılmasına səbəb nə idi?

- “Neftçi”nin heyətində gənc futbolçuların sayı kifayət qədərdi. Bizim üçün nizam-intizam vacib məqamdı. Hansısa futbolçu klubun daxili intizam qaydalarına əməl etmədikdə cəzalandırılır. Bunda qlobal bir şey yoxdur. Amma təəssüflər olsun ki, bəzi media nümayəndələri bunu şişirdir.  Hər bir insanın vəzifə borcu var. Futbolçu da vəzifə borcunu yerinə yetirmədikdə, cəzalanamlıdı. Bu gün ən yaxşı metod əvəzedici komandaya göndərilməsidi.

- “Neftçi” hər dəfə xal itirdikdə, uduzduqda dərhal baş məşqçi Arif Əsədovun istefası gündəmə gəlir. Həqiqətən də hər xal itkisindən sonra bu məsələ gündəmdə olur?

- Bu cür xəbərlər bir neçə dəfə yayılıb. “Neftçi”yə daim ictimai təzyiq var. Axsama olan kimi müəyyən mülahizələr yürütməyə başlayırlar. Fikir verirsinizsə, bu proses oyunöncəsi yaşanır. Bu da bizi düşündürür. Analiz etdik, nəticəyə gəldik ki bu cür xəbərlər baş məşqçiyə və komandaya təzyiqdən başqa bir şey deyil. Biz udanda da, uduzanda da komandanın yanındayıq. Pis nəticədə bizimdi, yaxşı nəticə də.

- Razısız ki, bu cür söz-sohbətlər sizin kluba təyinatınızdan sonra daha da çoxalıb?

- Oktyabrın 1-dən bu klubdayam. Artıq bu cür söz-söhbətlər 4 aydı gedir. Amma görürsünüz ki, heç bir dəyişiklik baş verməyib.

- “Neftçi” daim çempionlua oynayır. İndiki məqamda azarkeşlərə hansısa nəticə barədə söz verə bilərsiz?

- Ən çətin məsələ söz verib, onu yerinə yetirə bilməməkdi. Biz əlimizdən gələnin ən yaxşısını edəcəyimizə dair söz veririk. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edirik, sona qədər də edəcəyik.

- Bu gün “Neftçi”nin yaralı yerlərindən biri də azarkeş məsələsidir. Fanatların sayını artıqmaq üçün hansı addımları atmağı planlaşdırırsız?

- “Xəzər Lənkəran”la oyunumuzda stadiona gələnlərin sayı artmışdı. Amma bu, ümumi problemdi. Bu gün azarkeşlərin azalması təkcə “Neftçi”nin oyunlarında müşahidə edilmir. Futbolumuzda belə bir tendensiya yaşanır. Təbii ki, bunun səbəbini araşdırırıq. Eyni zamanda müəyyən işlər də görürük. İşlərimiz çoxdu, addım-addım bunları həyata keçirməliyik.

Bu gün vacib məqamlardan biri jurnalistlər üçün stadionda maksimum rahatlığı yaratmaqdı. Belə bir təklifimiz var: əgər siz oyuna ailənizlə, övladlarınızla gəlmək istəyirsinizsə, bizi sizin üçün ayrıca tribuna, sektor ayıraq.

-  “Neftçi” klubunun təsisçisi Azərneftyağ zavodu idi. Amma artıq bu zavodun fəaliyyəti dayandırılıb. Klubun təsisçisi hazırda hansı qurumdu?

- Hal-hazırda təsisçidə dəyişiklik olub. Bununla bağlı yaxın günlərdə məlumat verəcəyik.

- Sizin gəlişinizdən sonra “Neftçi”də prezidentin müşaviri postunu tutan Elnur Əşrəfoğlu kölgəyə çəkilib. Zaqataladakı matçdan sonra o, 10 oyunluq cəzalandı. Həmin vaxt da siz Əşrəfoğlunun tərəfini tutmadınız. Düşünmək olar ki, məhz siz onun kölgəyə çəkilməsinin səbəbkarısız?

- Daim bütün suallarınıza cavab verirəm. Amma icazənizlə bu suala cavab verməyəcəm.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30