20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Aleksey Qay: “Neftçi” ilə oyunun həlledici olduğunu düşünmürəm”

“Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qay Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın 21-ci turunda “Simurq”dan aldığınız 0:2 hesablı məğlubiyyətin səbəbini nədə görürsən?

- “Simurq”a uduzacağımızı gözləmirdim. 2 fərqli hissə izlədik. Oyuna çox pis başladıq, ardıcıl 2 qol buraxdıq. Fasilədən sonra daha yaxşı oynadıq. Üstünlüyə yiyələndik. Amma rəqib qapısına yol tapa bilmədik. İrəli baxmaq lazımdı. Futbol kollektiv oyundu. Hamı uğur üçün bütün gücünü meydanda qoymalıdı.

- “Simurq”dan öncə AZAL-a da uduzmuşdunuz...

- Əsas odur ki, məğlubiyyətlərdən nəticə çıxaraq. Yeni kollektiv qurulur. Daha çox anlaşma, özünəinam lazımdı. Ürəkdən çalışmaqla uğursuzluğa son qoya bilərik.

- Hakimin penalti və qırmızı vərəqə qərarını haqlı sayırsan?

- Hakimlərin işini qiymətləndirmək istəmirəm. Heç bir komanda penalti və qırmızı vərəqədən razı qala bilməz. Amma bunu hakimin vicdanına buraxıram.

- Zaqatala stadionunun ot örtüyü sünidir. Bu məqam çıxışınıza təsir etdi?

- Ciddi təsir göstərdiyini düşünmürəm. Şərait hamı üçün eyni idi. Əsas odur ki, meydança düz idi, kələ-kötür yox.

- Oyunun gedişində komanda yoldaşların - Cavid Hüseynovla Mixail Sivakovun mübahisə etməsinə münasibətin necədir?

- Bu, yaxşı hal deyil. Lakin komanda yoldaşlarım arasında olan belə hadisə kollektivdə qalmalıdır. Məsələni öz aramızda aydınlaşdırdıq. Belə hadisə bir daha təkrarlanmayacaq.

- Qarşıdakı turda “Neftçi” ilə qarşılaşacaqsınız. Ardıcıl xal itkilərini nəzərə alsaq, bu oyunu müəyyən mənada “Qəbələ” üçün həlledici hesab etmək olar?

- Bu oyuna həlledici deməzdim. Əsas odur ki, oyunumuzun keyfiyyətini artıraq. Bu halda nəticə özü gələcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30