25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Ruslan Qurbanovun “Hayduk”a keçidində Prosineçkinin böyük rolu olub

“Neftçi”nin üzvü Ruslan Qurbanovun Xorvatiyanın “Hayduk” klubuna keçidində Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçinin böyük rolu olub. Futbolxeber.az-ın əldə etdiyi məlumata görə, məhz xorvat mütəxəssisin təşəbbüsü ilə “Hayduk” Qurbanovun çıxışını izləyib. Ölkəmizə gəldiyi ilk gündən “Neftçi”nin futbolçusunun oyununu bəyənən Prosineçki, Qurbanovun legioner həyatı yaşamasının tərəfdarı olub. Ruslan Qurbanovun oyununu bəyənən “Hayduk” yekunda həmyerlimizi heyətinə qatıb.

Qeyd edək ki, millimizin sabiq baş məşqçisi Berti Foqts kimi Robert Prosineçki də yığma üzvlərinin ölkə xaricində çıxış etməsinin tərəfdarıdır. Lakin Foqtsdan fərqli olaraq, Prosineçkinin işi nisbətən asandır. Çünki millimizin üzvlərinin Bundesliqa klubları ilə müqayisədə Xorvatiya təmsilçilərinə transferi daha realdır. Bu keçid Ruslan Qurbanov və digər həmyerlilərimiz üçün də şansdır. Sirr deyil ki, bu gün Avropanın qabaqcıl futbol birinciliklərində daha əvvəl Xorvatiya çempionatında forma geymiş kifayət qədər futbolçu var. Qurbanov da “Hayduk”da özünü yaxşı tərəfdən göstərməklə həm daha iddialı klublara transfer oluna bilər, həm də Xorvatiya komandalarında azərbaycanlı futbolçulara maraq oyada bilər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30