20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Elxan Məmmədov: “Özünə hörmət edən məşqçi bunu heç vaxt etməz”

AFFA-nın baş katibi Elxan Məmmədov Futbolxeber.az saytına müsahibə verib.  

- Mətbuatda millimizin “Şaxtyor”un əsas deyil, əvəzedici heyəti ilə qarşılaşacağı barədə xəbərlər yayılıb. Bu, nə dərəcədə həqiqətə uyğundur?

- Biz “Şaxtyor”dan təsdiq məktubu almışıq. Heyətlər bağlı xəbərimiz yoxdur. Amma söhbət təbii ki, əsas komandadan gedir. Millimiz daha əvvəl də klublarla yoxlama oyunlarında qüvvəsini sınayıb. Elə olub ki, komandalar məşq formasında meydana çıxıb. Bu, bizim üçün bir test oyunudur.

- Bildiyimiz qədəri ilə “Bakı”nın futbolçuları ilə görüşünüzdə qeyd etmişdiz ki, onların maaşları qarşıdakı həftənin sonuna kimi ödəniləcək. Amma hələ də futbolçular məvaciblərini almayıblar. Bunun səbəbi nədir?

 - “Bakı”nın futbolçuları ilə görüşəndən onlara bildirdik ki, komandadakı maliyyə problemlərindən xəbərimiz var. Yaxın zamanda problem hissə-hissə həll olunacaq. Maya kimi bunu edəcəyik.

- Razılıq necə əldə olunub: maya kimi AFFA klubun xərclərini, futbolçuların maaşlarını ödəyir, daha sonra isə “Bakı” rəhbərliyi həmin vəsaiti geri qaytarır?

- “Bakı”nın üzvlərinə həmin pulu AFFA deyil, banklar ödəyəcək. Çempionatda iştirak üçün lisenziyaya uyğun hər bir klub bankdan zəmanət alır. İndi də biz həmin zəmanətdan istifadə edirik. Banka müraciət etdik. Onlar da həmin zəmanəti aktivləşdiriblər. Vəsait AFFA-nın hesabına oturan kimi futbnolçuların maaşları hissə-hissə ödəniləcək. 2 həftə ərzində futbolçular maaşlarını alacaqlar.

- AFFA-nın yenidən  “Zenit”in şərəfini qoruyan Ramil Şeydayevə təklif göndərəcəyi haqda xəbərlər nə dərəcədə düzgündür?

- Bunu ilk dəfə sizdən eşidirəm.

- “Bakı” - “Sumqayıt” oyununda Təvəkkül Məmmədovun əvəzinə Orxan Əliyevin meydana AFFA-nın göstərişi ilə buraxıldığı deyilir...

- Tam yalandı. Biz heç kimə tapşırıq vermirik.

- Amma futbolçu özü bunu etiraf edib...

- Yalan söhbətdi. Futbolçu oynamırsa, bunu birbaşa baş məşqçidən soruşmaq lazımdı. Özünüz də bu sualı təbəssümlə verirsiz. Hər futbolçunun hədəfi var. Hər kəs özünü göstərmək istər ki, daha da irəli getsin. Özünə hörmət edən məşqçi bunu heç vaxt etməz. Buna getməkdənsə, ərizəsini yazıb vəzifəsindən ayrılar.

- Nikolay Adam artıq Hindistan millsi ilə razılıq əldə edib. U-19-un da Elit Raundu uğurla adlayacağı inandırıcı deyil. Bu səbəbdən artıq Adamın əvəzinə yeni məşqçi axtarışına başlamısız?

- İndidən bu haqda müzakirə aparmırıq. Əgər, biz yarışın final mərhələsinə vəsiqə qazansaq, o, öz vəzifəsinə davam eləcək. Bəli, qrupumuz çox güclüdü. Amma bu məsələ barədə Elit Raunddan sonra düşünəcəyik.

- U-17-nin qarşısına mütləq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyulub?

- Məqsəd budur. Amma futbolda nəyəsə mütləq demək çətindir. Komandanın qarşısına konkret hədəf qoyulub ki, final mərhələsinə vəsiqə əldə etsin.

- Bu yaxınlarda Azərbaycana səfər edəcək Rusiyanın U-17 millisinin heyətində erməniəsilli futbolçunun olması barədə nə deyə bilərsiz?

- Bu barədə araşdırma apardıq. O, erməniəsilli olsa da, Rusiya vətəndaşıdı. Müvafiq qurumlara müraciət etdik. Bu məsələdə hər hansı bir problem yaşanmayacaq.

- Onun təhlükəsizliyinin təmin olunması üçün xüsusi addımlar atılacaq?

- Müvafiq qurumlara məlumat vermişik. Lazımı tədbirlər görüləcək. O, Azərbaycana Rusiya vətəndaşı kimi daxil olacaq.

- “Malaqa”ya yollanan Qara Qarayevin taleyini necə oldu?

- Bu gün səhər məsələ ilə maraqlandım. Bəli, “Malaqa”nın futbolçumuza marağı var. Onlar Qarayevlə müqavilə bağlamaq istəyirlər. Amma burada bir problem var. Azərbaycan Avropa Birliyinin üzvü olmadığından 18 yaşı tamam olmamış şəxsin İspaniyada qalması qadağöandır. Onun 19-20 yaşı olsaydı, daha rahat olardı. Lakin məsələni müzakirə edirik. Hüquqşunaslara bu barədə tapşırıq vermişik.

- Keçidin reallaşması üçün başqa variant var?

- Bəli, 1-2 qanuni yol var. Bu məsələ ilə maraqlanırıq. Ola bilər ki, hansısa ispan ailəsi futbolçumuzu öz himayəsinə götürsün. Qaydalar var və çalışmalarımız olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30