24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Neftçi” Ernest Nforu əfv etdi

“Neftçi” klubu bir müddət əvvəl əvəzedici heyətə göndərilən Ernest Nforla bağlı məlumat yayıb. Futbolxeber.az-ın məlumatına görə, klubun rəsmi saytında yer alan açıqlamada deyilir:   

- "Neftçi"nin futbolçusu Ernest Vebnje Nfor əvəzedici komandanın məşqlərində səylə iştirak etmiş və meydana çıxdığı oyunlarda fərqlənib. Əvəzedici komandanın son iki qələbəsində pay sahibi olan futbolçu, baş məşqçi Arif Əsədova müraciət edərək yenidən əsas komandaya qayıtmaq istədiyini və özünü sübut etmək üçün ona şans verilməsini istəyib. Bu müraciətdən sonra məşqçilər korpusunun təqdimatına əsasən futbolçunun əsas komandaya qaytarılmasına qərar verilib.

Xatırladaq ki, Ernest Nfor bir müddət öncə məşqlərdə və oyunlarda peşəkar səviyyəsindən aşağı çıxış etməsi və intizamsızlığı səbəbindən məşqçilər korpusunun təqdimatına əsasən əvəzedici heyətə göndərilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30