19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elnur Cəfərov “Böyük oyun”da danışdı: “Neftçi”ni sıxmışdıq”

“Neftçi”yə qarşı birinci hissədə yaxşı oynadıq. İmkanlarımız da oldu. Lakin onları dəyərləndirə bilmədik. “Neftçi”ni sıxmışdıq. Sadionun zərbəsi dirəkdən döndü. Başqa şanslarımız da var idi”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Cəfərov deyib.

Gənc futbolçu komandanın əksər futbolçularının təcrübəsizliyini vurğulayıb: “Qol buraxandan sonra komanda “oturur”. Halbuki əskinə olmalıdı. Qapımızda qol gördükdən sonra daha böyük qüvvə ilə irəli atılmalıyıq. Heyətimizdəki əksər futbolçular gəncdi. Hamımız təcrübəsizlikdən əziyyət çəkirik. Komandada yalnız 1-2 təcrübəli futbolçu var. Onlar da gənclərə dəstək olurlar”.

Cəfərov əvvəlki 2 oyunla müqayisədə “Böyük oyun”da daha yaxşı oynadıqlarını bildirib: “Simurq”la oyunda da eyni hal yaşandı. Qapımızda qolları ardıcıl gördük. Amma “Neftçi”yə qarşı əvvəlki 2 oyunla müqayisədə daha yaxşı çıxış etdik”.

Elnur “Neftçi” ilə oyununun əhəmiyyətindən söz açıb: “Neftçi” ilə oyun bizim üçün çox vacibdi. “İnter”lə oyundan dərhal sonra artıq komandada hamı bu matçı düşünürdü. Bu qarşılaşmada stadionda atmosfer tam başqa olur. Təəsssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. Artıq növbəti oyunları düşünməliyik. Komanda qələbə üçün yanmalıdı”.

Cəfərov sonda rəqibə öz səhvlərindən uduzduqlarını deyib: “Neftçi” qeyri-adi heç nə göstərmədi. Öz səhvlərimizdən qollar buraxdıq. Hər iki qolu rəqib heç nədən vurdu”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30