25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rəşad Sadiqov: “Neftçi”yə də uduzsaq, medallardan əlimizi üzə bilərik”

“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqov Futbolxeber.az saytına müsahibə verib.

- “Qəbələ” ardıcıl ikinci dəfə xala həsrət qaldı. “Simurq”a məğlubiyyətin səbəbini nədə görürsən?

- Məğlubiyyət bizim üçün bir qədər gözlənilməz oldu. “Simurq”la səfər oyunlarının ağır keçdiyini bilirdik. Buna görə də oyuna ciddi hazırlaşmışdıq. Amma ilk yarıda komanda özünü itirdi. Fasilədən sona ayılsaq da, heç nə dəyişmədi. Oyunu xilas edə bilmədik.

- Uğur qazanmaq üçün “Qəbələ”də nə çatışmır?

- Ola bilər ki, səbəb komandanın yeni yığılmasındadır. Əsas heyətdə meydana çıxanların yarısı yeni futbolçulardı. Anlaşmada müəyyən qədər problem var. Hamı bir-birini tam anlamaqda çətinlik çəkir. Zamanla bütün bunlar həll olunacaq.

- Cavid Hüseynovla Mixail Sivakov arasındakı insident barədə fikirlərin necədir? Razısan ki, bu cür hallar “Qəbələ”nin imicinə zərbədi?

- Bu cür halın yaşanması çox pis haldı. Həmin vaxt meydandaydım. Sizin kimi mən də yaşananları gördüm. Soyunub-geyinmə otağında məsələ müzakirə edildi və həll olundu. Sonradan heç bir insident olmadı.

- Cavid Hüseynovun əvəzlənməsi insidentlə bağlı idi?

- Yox, onunla bağlı deyildi. Baş məşqçi vəziyyətini soruşdu, o da yorulduğunu bildirdi. Məhz buna görə də əvəzlənmə oldu.

- Qarşıda “Qəbələ”ni “Neftçi” ilə oyun gözləyir. Ardıcıl 2 məğlubiyyətdən sonra bu qarşılaşmanı sizin üçün müəyyən dərəcədə həlledici hesab etmək olar?

- Həqiqətən də bu oyun son şanslardan biridi. “Neftçi”yə də məğlub olsaq, ilk “üçlük”dən əlimizi üzə bilərik. Komanda yoldaşlarıma inanıram. Hesab edirəm ki, “Neftçi” ilə matçda daha yaxşı oynayacağıq. Özümüzə gəlmək üçün bizə qələbə çox lazımdı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30