17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Rahid Əmirquliyev: “Biz “Neftçi”dən üstün oynadıq”

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev “Neftçi” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi”yə qarşı oyunda “Xəzər Lənkəran” ikinci yarıda buraxdığı qollarla rəqibinə məğlub oldu. Yenilginin səbəbini nədə görürsən?

- İlk yarıda yaxşı oynadıq. Qol vurmaq üçün şanslarımız da oldu. Lakin həmin fürsətlərdən yararlana bilmədik, Qol vurmaq lazım idi ki, oyun istədiyimiz kimi keçsin. Təəssüf ki bacarmadıq. Əsas problem odur ki, qol buraxandan sonra komanda sanki ruhdan düşür. Yəqin ki, bu da heyətdə gənclərin yer alması ilə əlaqədardı.

- Bu heyətlə “Xəzər Lənkəran” hara kimi gedə bilər?

- Komandamızda perspektivli uşaqlar var. Biz bu heyətlə Avroliqaya gedə bilmərik. Amma gələn il milli üçün heyətdə perspektivli gənclər olacaq. Oynadıqca onların təcrübələri daha da artacaq. Gənclərə inanmaq, onlarla işləmək lazımdı.

- “Neftçi”nin çıxışı barədə nə deyə bilərsən?

- Biz bu gün “Neftçi”dən üstün oynadıq. Sadəcə imkanlarımızı dəyərləndirə bilmədik. Bu da təcrübəsizlikdən irəli gəlir. Üstəlik, bəxtimiz də gətirmədi. Çalışsaq da, alınmadı. Əlimizdən gələni etməliyik ki, növbəti oyunlarda bu gün buraxdığımız səhvləri aradan qaldıraq.

- Yenilgiyə görə müdafiəçiləri günahlandırmaq olar? Çünki “Neftçi” hər iki qolu arxa xətdəki səhvlərdən sonra vurdu.

- Futbolda məğlubiyyətə görə tək müdafiəçiləri günahlandırmaq olmaz. Komanda qol buraxıbsa, bunda hamının günahı var. Oyuna baxın analiz edəcəyik, bəlli olacaq ki harda hansı səhvlər olub.

- “Xəzər Lənkəran” ilk 45 dəqiqədə yaxşı təsir bağışlasa da, fasilədən sonra bunun ardını gətirə bilmədi. Səbəb nə idi?

- İkinci hissəyə də pis başlamamışdıq. Amma qoldan sonra komandamız ruhdan düşür. Daha əvvəl “Simurq”a və “İnter”ə qarşı baş tutan oyunlarda da eyni hal yaşanmışdı.

- Son zamanlar çoxları çempionatın səviyəsinin aşağı düşdüyünü bildirir. Bunda “Bakı” və “Xəzər Lənkəran”ın çempionluq mübarizəsindən çəkilməsinin də rolu var. Premyer Liqanın səviyyəsinin aşağı düşməsi fikir ilə razısan?

- Hə, məncə də biz az səviyyə aşağı düşüb. “Bakı” və “Xəzər Lənkəran”da indi gəncləşdirmə siyasəti gedir. Bu səbəbdən də 2 iddialı komanda çempionluq mübarizəsindən çıxıb.

- Çoxları bu 2 klubdakı gəncləşdirmə siyasətini maliyyə problemləri ilə əlaqələndirirlər....

- “Xəzər Lənkəran”da maliyyə baxımından heç bir problem yoxdu. Biz maaşlarımızı vaxtı-vaxtında alırıq.

- Mümkündür ki, “Xəzər Lənkəran” yayda yenidən iddialı olsun?

- Bu sualın cavabını rəhbərlik dəqiq bilər. Məncə, gənclərə də nə vaxtsa şans verilməliydi. Hazırda onlar da sübut etməlidirlər ki, bacarıqları var. Yaxşı futbolçu ola bilərlər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30