19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Draqan Çeran: “Nəyə görə “Qarabağ”dan xal almayaq?”

“Simurq”un hücumçusu Draqan Çeran “Qəbələ” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Qəbələ” üzərində vacib qələbə qazandınız. Görüş barədə nə deyə bilərsən?

- “Qəbələ”yə qarşı oyunumuz çətin oldu. Bununla belə, vacib 3 xal qazandıq. Arzumuz Avroliqada oynamaqdır. Məqsədimizə çatmaq üçün sona kimi mübarizə aparacağıq.

- Artıq “Simurq” üçüncü pillədədir...

- Ola bilər ki, “Neftçi” “Xəzər Lənkəran”la oyunda xal itirsin və biz üçüncü pillədə qalaq.

- “Neftçi”nin III dövrəyə uğursuz başlaması “Simurq”u daha da motivasiya edir?

- Biz cari mövsümün sonunda avrokuboklarda oynamaq istəyirik. Evdəki bütün oyunlarımızı qalib gəlsək, səfərdəki matçlardan da xalla ayrılsaq, istəyimizə çatarıq. Bizim üçün hər oyun vacibdi.

- Qarşıda “Simurq”u daha bir çətin sınaq gözləyir. Uğurlu çıxışı “Qarabağ”la oyunda da davam etdirmək mümkün olacaq?

- “Qarabağ” Azərbaycanın ən güclü klubudur. Onsuz da son oyunlarda güclülərə qarşı oynayırıq. “Qarabağ”la oyunda da uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, qarşıdakı matçda da xal qazanaq. Nəyə görə də bunu etməyək?  

- Səfərdə “Qəbələ”ni 3:2 hesabı ilə məğlub etdiyiniz oyundan sonra bildirmişdin ki, hələ bombardirlik haqda düşünmürsən. Artıq aktivində 9 qol var və Premyer Liqanın bombardirləri siyahısında ikinci yerdəsən. İndi çempionatın ən sərrast futbolçusu olmaq barədə fikirləşirsən?

- Təbii ki, qol vurmaq çox xoşdur. Amma ilk növbədə “Simurq”un uğurudur. Qolu kimin vurması önəm daşımır. Əsas qalib gəlməkdir. “Simurq” istəyinə çatdıqdan sonra mən də bombardir olmaq istərəm. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30