23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Ruslan Abışov: “Kapitan kimi oyunun gedişində Cavidə narazılığımı bildirdim"

“Qəbələ”nin kapitanı Ruslan Abışov Futbolxeber.az saytına müsahibə verib.

- AZAL-ın ardınca “Qəbələ” “Simurq”a da uduzdu. Məğlubiyyətin səbəbini nədə görürsən?

- “Simurq” bizim üçün çətin rəqibdi. Bu komandadan xal almaq çox vaxt çətin olur. Bu dəfə də eyni hal yaşandı. İlk hissədə pis oynadıq. İstədiyimiz futbolu sərgiləyə bilmədik. Amma fasilədən sonra nisbətən oyunumuzda dönüş yarada bildik. Qol vura bilməsək də, azlıqda qalmağımıza baxmayaraq gücümüzü meydanda qoyduq. Bununla belə, nəticə dəyişmədi. İndi “Neftçi”  ilə oyunu düşünməliyik. “Simurq”la oyunun ikinci hissəsində sərgilədiyimiz futbol növbəti matç üçün ümid verir.

- “Qəbələ”nin problemi nədədir?

- Ötən tur AZAL-a heç nədən uduzduq. 90 dəqiqəni hücumda keçirsək də, lazım olan qolu vura bilmədik. Əvəzində rəqib son dəqiqədə qol vurmaqla 3 xal qazandı. “Bakı” ilə oyunda qələbə qazansaq da, komanda həmin vaxt tam hazır deyildi. “Qəbələ”də yaxşı futbolçular cəmləşib. Tezliklə vəziyyəti düzəldəcəyimizə inanıram.

- Bu dəfə də müdafiənin sol cinahında qərarlaşmışdın. Daha əvvəl səni ya müdafiənin mərkəzində, ya da dayaq yarımmüdafiəçisi mövqeyində görürdük. Yeni mövqedə oynamaq çətin deyil ki?

- Heç bir çətinlik yoxdur. Müdafiədə oynamaq mənim üçün rahatdır. Mərkəzdə və ya cinahda - fərq etməz. Yarımmüdafiədənsə müdafiədə çıxış etmək daha yaxşıdır. Amma baş məşqçi hansı mövqedə məsləhət bilsə, orada da oynamağa hazıram.

- Razısan ki, hazırda “Qəbələ”nin əsas problemi müdafiədir?

- Elə deməzdim. Sadəcə yeni məşqçi gəlib və komandada yeni sistem tətbiq edir. Biz də uğur qazanmaq üçün əlimizdən gələni edirdik. Tezliklə bu vəziyyətdən çıxacağımıza inanıram. Yalnız müəyyən qədər vaxta ehtiyacımız var.

- Kapitan kimi oyunun gedişində Cavid Hüseynovun Mixail Sivakovun üstünə çox sərt şəkildə qışqırması barədə fikrin necədir?

- Mən kapitan kimi oyunun gedişində Cavidə narazılığımı bildirdim. O da dediklərimi qəbul etdi. Fasilədə də bu haqda söhbət oldu, barışdılar. 2 futbolçu arasında artıq heç bir problem yoxdur.

- Daha əvvəl futbolçuların azarkeşlərə problem yaşaması, indi də 2 komanda yoldaşının oyunun gedişində mübahisə etməsi “Qəbələ”də nizam-intizamın aşağı səviyyədə olmasının göstəricisidir. Bu barədə nə söyləyə bilərsən?

- Bizdə intizam baxımından ciddi problem yoxdu. Bugünkü insident heç nədən yarandı. Komanda hesabda geridə idi. Bu da gərginlikdən baş verdi. Hər şey də qaldı oyunda. İnanmıram ki, bundan sonra aralarında problem olsun.

- Roman Qriqorçukun geridə qalan müddətdə “Qəbələ”dəki fəaliyyətinə necə qiymət vermək olar?

- Qriqorçuk çox bacarıqlı mütəxəssisdir. Tezliklə komandaya böyük fayda verəcəyini düşünürəm. Müəyyən qədər vaxta ehtiyac var. O bizə ilk növbədə hücum qurmağı öyrədir. Əvvəlki dövrdən fərqli olaraq, indi bilirik ki məşqçi bizdən nə istəyir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30