19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Anar Bəkirov: “Əvvəlki illərə baxanda çempionatın səviyyəsi xeyli düşüb”

“Simurq”un prezidenti Anar Bəkirov “Qəbələ” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Simurq” “Qəbələ” üzərində 2:0 hesablı qələbə qazandı. Qarşılaşma haqda nə deyə bilərsiz?

- Yaxşı oyun alındı. Komandamız inamlı qələbə qazandı. Təbii ki, nəticədən razıyam. İnanıram ki, bu qələbənin ardı növbəti turlarda da gələcək. Oyunumuzu işıqlandırmaq üçün jurnalistlərin Zaqaralaya gəlməsi də çox yaxşı haldı. Televiziya vasitəsi ilə oyumuz canlı yayımlamsa da, mətbuatəın klubumuza göstərdiyi diqqət təqdirəlayiq haldır.

- Artıq “Simurq” üçüncü pillədədir. Komandanın avrokubok şansınl necə qiymətləndirirsiz?

- Bütün suallara mayın 28-də aydınlıq gələcək. III dövrədə 3 oyun keçirmişik. 2 oyunda qalib gəlmişik. “Neftçi”yə qarşı da pis oynamaqdı. Rəqib güclü idi. Üstəlik, qol epizodlarımız da oldu. Qarşıda “Qarabağ”la oyun gəlir. Həmin matçda da istədiyimiz nəticəni qazanacağımıza inanıram.

- Amma cari mövsümdə “Simurq”un “Qarabağ”la oyunlardakı statistikası ürəkaçan deyil...

- Qarşıdakı oyunda çalışacağıq ki, statistikanı nisbətən dəyişək.

- Komandaya qışda cəlb olunan futbolçuların çıxışından nə dərəcədə razısız?

- Onların hamısından razıyıq. İlk növbədə Elnur Abdullayevin adını çəkə bilərəm. Həm insan, həm də futbolçu kimi özünü yaxşı göstərir. Xuan Alvaradodan da məmnunuq. Baxmayaraq ki, biz onu heyətə qatanda bəziləri transferin uğursuz alınacağını deyirdi. Amma geridə qalan müddətdə o özünü yaxşı tərəfdən göstərib. Cihan Özkara da komandaya uyğunlaşır.  

- “Simurq”un bugünkü oyunu sizə zövq verdi?

- Birinci hissədə hə. Fasiləyə kimi yaxşı oynadıq. Amma ikinco hissədə komanda sanki tam gücünü meydanda qoymadı. Görünür komandada bir qədər arxayınçılıq var idi. İlk yarıdakı oyun qələbə üçün bəs etdi

- İkinci hissədə “Simurq”lu futbolçular tez-tez simulyasiyaya əl atırdılar. Bu, nə dərəcədə düzgündür?

- Biz meydançada deyilik. Bilmirik ki, toqquşma zamanı həqiqətən də futbolçular xəsarət almışdıla, ya yox. Sabah İlkin Qırtımov da, Xuan Alvarado da həkim müayinəsindən keçəcəklər. Amma düşünmürəm ki, İlkin simulyasiya etsin. Çünki o həqiqətən də 3-4 dəfə zərbə aldı.  

- Mətbuatda Georgi Çixradzenin yayda “İnter”in baş məşqçisi təy n olunacağı haqda xəbərlər yayılıb. Bu məsələyə necə aydınlıq gətirə bilərsiz?

- Çixradzenin müqaviləsi yayda bitir. Onun qarşısına konkret hədəf qoyulub. Komandanı Avoliqaya çıxarmalıdır. Bunun üçün gözəl şans da var. “Bakı”da vəziyyət  yaxşı deyil, “Xəzər Lənkəran”da gəncləşdirmə siyasəti aparılır.

- Belə çıxır ki, “Simurq” cari mövsüm Avroliqaya vəsiqə qazanmasa, Çixradze vəzifəsindən ayrılacaq?

- İndidən bu haqda dəqiq nəsə demək çətindir. Baxır komanda mövsümü meçənci yerdə başa vuracaq. Biz Çixradzenin komandaya gəldiyi ilk ildə də Avroliqaya yollana bilərdik. Amma Anar Salmanovun qərəzli qərarı buna imkan vermədi. Sonradan həmin hakim cəzalandı. Üstəlik, həmin mövsüm çempionatda rəqabət də güclü idi. İndikindən fərqli olaraq “Bakı”da, “Xəzər Lənkəran” da iddialı idi.

- Sözlərinizdən belə başa anlaşılır ki, çempionatın səviyyəsinin aşağı düşdüyü fikrindəsiz.

- Bəlkə də yanılıram, amma şəxsi fikrimdi ki, əvvəlki illərə baxanda çempionatın səviyyəsi xeyli düşüb




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30