25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Neftçi” mənasız vərdişindən nə vaxt əl çəkəcək?

Bu gedişlə deyəsən, heç vaxt!

“Simurq”la oyunda komanda xal itirir. Klubun rəhbərliyi isə baş məşqçi Arif Əsədovun yaxasından yapışıb hesabat sormaq əvəzinə matçın baş hakimini pis formada təhqir edir.

Bu azmış kimi, klubun rəsmi saytı bir gün keçməmiş bu dəfə “Simurq”la oyunun mübahisəli epizodları” adlandırdığı videonu paylaşıb uğursuzluğuna don geyindirməyə, xal itkisinə görə baş hakim Əliyar Ağayevi günahlandırmağa cəhd edir.

Gərək ki, “Neftçi” rəhbərliyi düz 6 ildir eyni metoda əl atır: uduzan ya da xal itirən kimi dərhal məğlubiyyətin “səbəbkarını” tapır... hakim, hakim və yenə də hakim!

Nə edib axı, hakim sizə?

Bilmirsizsə deyək: hamının gözünün qarşısında “Simurq”un oyunçusunu az qala təpiyinin altına salmaq istəyən Erik Ramosa qırmızı vərəqə verməyib!

Yəqin ki, qorxusundan bu addımı atmayıb.

Bilir axı, yenə “Neftçi” tərəfdən təzyiqlər başlayacaq...

Komanda son iki oyunda altı mümkün xaldan cəmi bir xal toplayıb. Bu mövsüm çempionluq “Neftçi” üçün bundan sonra yalnız mözucə baş verəcəyi halda mümkün ola bilər. Amma bu klubun bəhanəsi həmişə var: komanda çempion olmursa, günah PFL-də və hakimlərdədir. Uduzursa da, yenə eyni şey.

Cənablar, hələ özünüzü futbol ictimaiyyətinə güldürməkdən bezməmisiz?

SÜLEYMAN, Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30