29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Nadirov: “Biz nə edə bilərik ki?”

“Qarabağ”ın hücumçusu Vüqar Nadirov Futbolxeber.az saytına müsahibə verib.

- 2015-ci ilin ilk rəsmi oyununda “Qarabağ” “Bakı” üzərində böyükhesablı qələbə qazandı. Nəticəyə əsasən görüşün sizin üçün asan alındığını söyləmək mümkündür?

- Heç bir rəqiblə oyun asan keçmir. Əksinə, maraqlı oyun alındı. “Bakı” gənclərdən qurulub və yaxşı, mübariz kollektivdi. Bizim üçün vacib olan ikinci yarıya qələbə ilə başlamaq idi. 90 dəqiqə bunun üçün çalışdıq. Böyükhesablı qələbə qazansaq da, oyun asan keçmədi. Həm də fasilədən sonra ilk oyunlar hər zaman çətinliyi ilə yadda qalır.

- “Qarabağ” 4 qol vursa da, adını tabloya yazdıranlar arasında sən olmadın. Bunu nə ilə əlaqələndirə bilərsən?

- Mənim də, komanda yoldaşlarımın da qol vurmaq üçün imkanı oldu. Biz də qol vurmaq istəyirdik, amma alınmadı. Əsas olan komandanın qələbə qazanması idi ki, buna da nail olduq. Kimin qol vurmağının elə də fərqi yoxdu.

- Oyunun çətin keçdiyini dedin. Çətinlik nədə idi ki?

- Çətinlik ilk oyuna çıxmağımızla bağlı idi. İlk görüşlərdə daim çətinlik, ağırlıq hiss olunur. Bəzən görürsən ki, ilk oyunlarda gözlənilməz xallat itirilir. Şükürlər olsun ki, biz turu itkisiz başa vurduq.

- Maraqlıdır ki, “Bakı” ilə oyunda ilk qol müdafiəçidən gəldi...

- Belə də olur. Bəzən görürsən ki, oyunu yarımmüdafiəçilər, bəzən isə hücumçular xilas edir. Bu gün bu işi arxa xəttin üzvləri gördülər.

- “Bakı”nın ürəkaçan durumda olmadığını məlumdu. Bu məqam “Qarabağ”ın oyunuan təsir etdi?

- Rəqibin durumu haqda məlumatımız var idi. Bilirdik ki, “Bakı”da vəziyyət yaxşı deyil. Amma bu bizdə arxayınçılıq yaratmamışdı.

- UEFA-nın “İnter”lə oyunda baş verənlərlə biganə qalması, hətta Zelinkanın cəzalandırılmaması haqda nə deyə bilərsən?

- Açığı, qərardə dəyişiklik olacağına ümid edirdim. Amma heç nə dəyişmədi. Biz nə edə bilərik ki?

- Bu, sənin üçün gözlənilməz oldu?

- Əlbəttə. Gözləyirdik ki, heç olmasa hakimləri cəzalandıracaqlar. Amma bu məsələ ilə bağlı hansısa qərarı görmədik. Artıq olan olub, keçən keçib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31