18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qəbələ”yə “dur” deyən tapılmayacaq? YAZI

Ötən həftə Azərbaycan Premyer Liqasında 38 günlük fasilə başa çatdı. 2015-ci ilin ilk turu Antalyada meydan sulayan “İnter”in doğma divarlar arasında xal itirməsi, “Neftçi”nin səfərdə AZAL-a uduzması ilə yadda qaldı. Lakin “Bakı”- “Qəbələ” oyunundan sonra baş verən insident turun ən çox yaddaqalan və müzakirə olunan hadisəsinə çevrildi. Yəqin söhbətin “Qəbələ”nin üzvü Cavid Hüseynovla “Bakı”lı azarkeşlər arasında yaşanan qalmaqaldan getdiyini anladız. Qısaca xatırladaq ki, “Bakı”nın qapısına təyin olunan penalti zamanı meydan sahiblərinin azarkeşləri zərbəni yerinə yetirməyə çalışarkən Cavid Hüseynovu fitə basıblar. Bunun qarşılığında da Hüseynov zərbəni dəqiq yerinə yetirdikdən sonra qapıya daxil olaraq, yenidən topa qüvvətli zərbə endirib ki, bu addımın da fanatlara qarşılıq anlamına gəldiyi şübhə doğurmur. “Bakı”nın sabiq futbolçusunun hərəkəti təbii ki, azarkeşlərin ürəyincə olmayıb və nəticədə Hüseynova qarşı qeyri-etik ifadələr səslənib. “Qəbələ”nin futbolçusu fanatların bu addımını da cavabsız qoymayıb. Nə qədər qəribə görünsə də, bir neçə dəqiqə sonra Hüseynov künc zərbəsi yerinə yetirərkən oyundan sonra azarkeşləri “söhbət xırdalamağa” çağırıb. Bu dəfə isə azarkeşlər Cavidin dəvətini qəbul ediblər və oyundan sonra tərəıflər üz-üzə gəliblər. Söhbət zamanı isə Hüseynov azarkeşlərdən birinə təpik atıb. Yekunda da polislər hadisəyə müdaxilə edərək, aranı sakitləşdiriblər.

İnsidentdən sonra mətbuata açıqlama verən Cavid şəhid olmuş atasının təhqir olunduğunu əsas gətirərək, özünə haqq qazandırmağa çalışıb. Müəyyən dərəcədə də buna nail olub. Klub rəsmilərinin, mətbuatın müəyyən hissəsi, hətta Qarabağ qaziləri belə futbolçuya dəstək olublar. Təbii ki, şəhidin təhqir olunması qəbuledilməzdir. Belə bir halı heç kim təqdir etmir və edə də bilməz. Lakin sual vermək lazımdır ki, məsələ niyə bu həddə gəlib çatdı? Niyə Cavid azarkeşləri “razborka”ya dəvət etdi? Harada görünüb ki, oyun zamanı futbolçu azarkeşlərə qarşıa belə reaksiya göstərsin? Bu, bir daha göstərir ki, “Qəbələ”də nizam-intizam baxımından ciddi problemlər var. Çünki belə hal “Qəbələ”nin oyununda ilk dəfə yaşanmır. Daha əvvəl Kamran Ağayev də “İnter” azarkeşləri ilə oyun zamanı mübahisə etmişdi. Hətta klub rəsmilərindən biri rəqibin azarkeşlərin üstünə hücum da çəkmişdi. Həmin vaxt da iddia olundu ki, guya fanatlardan biri Ağayevin dünyasını dəyişmiş valideynini təhqir edib. Nəyə görə hər dəfə “Qəbələ”nin futbolçuları insident iştirakçısı olduqları zaman ortaya belə söhbətlər atılır? Nə üçün azarkeşlər digərlərini yox, yalnız “Qəbələ”nin futbolçularını təhqir edirlər? Azərbaycanda o qədər nümunəvi futbolçular var ki, azarkeşlər bir dəfə də olsun onlara qarşı qeyri-etik ifadə işlətməyiblər. Deməli, problem azarkeş də yox futbolçu(lar)dadı. “Qəbələ” rəhbərliyinin futbolçular barədə ölçü götürməməsi mənfi haldı. Əslində, onları bəlkə də qınamağa dəyməz. Çünki AFFA bütün bu hallara göz yumursa, klub rəhbərliyinə nə düşüb? Təəssüf ki, AFFA-nın Nizam İntizam Komitəsi nə “İnter”lə oyunda baş verənlərə, nə də “Bakı” ilə görüşdən sonra yaşananlara hüquqi qiymət vermədi. Səbəbini soruşsan, deyəcəklər ki, oyunun AFFA nümayəndəsi protokolda bu barədə hansısa qeyd etməyib. Tutaq ki, AFFA nümayəndəsi işinə qeyri-ciddi yanaşır, bəs, sizə nə olub ay İntizam Komitəsinin üzvləri? Belə çıxır ki, orada oturanlar hazıra nazirdilər? Bir dəfə də özünüz araşdırın. Axı, mətbuatda bu insident barədə kifayət qədər yazıldı. Hətta qalmaqalın fotoları da yayıldı. Belə çıxır ki, AFFA İntizam Komitəsi “Qəbələ”nin futbolçularını cəzalandırmaya qorxur. Əksini iddia etməyin, hadisələrin gedişatı belə düşünməyə əsas verir. Açıq-aşkar bu qurum klublara qarşı ikili münasibət bəsləyir. “Xəzər Lənkəran”la görüşdən sonra 5 oyunluq cəzalanan “İnter”in baş məşqçisi Kaxaber Sxadadze həmin insidentdən 1 ay sonra verdiyi müsahibədə demişdi: “Məni 5 oyunluq cəzalandırdılar. Amma bu günə kimi kiminləsə dava etdiyimə dair ortaya fakt qoya bilməyiblər”. Göründüyü kimi, Kaxa ortada fakt olmaya-olmaya 5 oyunluyq cəzalanır, “Qəbələ”nin futbolçuları isə bu qədər faktın qarşılığında cəzasız qalırlar. Yəqin İntizam Komitəsi gözləyir ki, bu cür qalmaqalların sayı artsın, ölüm-itim olsun və yalnız bundan sonra “cəza maşınını” işə salsın. Nə deyirik, gözləyək, Allah axırını xeyir eləsin...

“Het-trik news” qəzeti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30