20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Julius Vobay: “Çempionluq uğrunda sona kimi mübarizə aparacağıq”

“Neftçi”nin futbolçusu Julius Vobay Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” “Simurq”la oyunda qələbə qazana bilmədi. Xal itkisinin səbəbini nədə görürsən?

- Hesab edirəm ki, yaxşı oynadıq. Sadəcə, bəxtimiz gətirmədi. İmkanlarımız oldu, amma onlardan yararlana bilmədik. Artıq bu oyunu unudub, irəli baxmaq lazımdı.

- Artıq 2 oyundur ki, “Neftçi” qələbəyə həsrətdi. Bu, nədən irəli gəlir?

- Son iki oyunda qələbə qazana bilməməyimiz bəxtsizliklə bağlıdı. Əgər idman xoşbəxtliyi tərəfimizdə olsaydı, yaratdığımız epizodlardan bir neçəsini qola çevirə bilərdik. Son uğursuzluqlar da bəxtsizliklə əlaqədardı.

- Ardıcıl xal itkilərindən sonra “Neftçi”nin çempionluq şansının azaldığını söyləmək olar?

- Həqiqətən də itkiləri bizi zirvədən bir qədər də uzaqlaşdırır. Ancaq qarşıda uzun marafon var. Bu oyunlarda biz də itirdiklərimizi sığortalamağa çalışacağıq. Çempionluq uğrunda sona kimi mübarizə aparacağıq.

- Mirça Rednik mətbuata açıqlamasında səni “Petrolul”dan görmək istədiyini bildirib. Həqiqətən də Rumıniya klubundan təklif almışdın?

- Rednik “Petrolul”a dəvət etmişdi. Futbolçu üçün başqa klublardan təklif almaq normaldı. Harda oynayacağımla bağlı qərarı isə özüm verirəm.

- Deməli, “Neftçi”də qalacaqsan?

- Hazırda “Neftçi”dəyəm. Yayda da bu komandada qalmaq istəyirəm. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30