29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Karlos Kardozodan etiraz: “Bu cür cəzaya layiq deyildim”

“Neftçi”nin müdafiəçisi Karlos Kardozo Futbolxeber.az saytəna müsahibə verib.

- “Neftçi” AZAL-la oyunda olduğu kimi, “Simurq”la qarşılaşmada da qələbəyə həsrət qaldı. Uğursuzluğun səbəbini nədə görürsən?

- Məncə, “Simurq”a qarşı yaxşı oynadıq. Lakin lazım olan qolu vura bilmədik. Pis hal odur ki, titul bizdən uzaqlaşır. Komandada hər kəs meydanda mübarizə aparır. Amma nəticə istədiyimiz kimi olmur. Bununla belə, fikrimcə sona qədər bu cür davam etsək, qəıləbələr gələcək.

- Oyunun gedişində hakimlərə tez-tez etiraz edirdin. Ədalət təmsilçilərinin işini necə qiymətləndirirsən?

- Oyun ərzində belə hallar olur. Əsasə hakimin mənə sarı vərəqə göstərdiyi epizoddan narazı qaldım. Çünki bu cür cəzaya layiq deyildim. Maraqlıdı ki, birinci hissədə də eyni epizod olsa da, hakim vərəqədən istifadə etməmişdi. Başqa narazı qaldığım epizodlar da oldu.

- Kənardan belə təəssürat yaranır ki, “Neftçi”də komandadaxili vəziyyət ürəkaçan deyil. Həqiqətən belədir?

- Həftə yaxşı keçdi. Ernest Nforun cəzalandırılmsı haqda heç nə deyə bilmərəm. Amma mən hesab edirəm ki, o, bugünki oyunda komandaya kömək edə bilərdi. Qərarları biz yox, klub rəhbərliyi qəbul edir. Bəlkə də bu məsələ tezliklə həll olunacaq.

- Qarşıda “Neftçi”ni “Xəzər Lənkəran”la oyun gözləyir. Əzəli rəqiblə oyun barədə hansı fikirdəsən?

- Bu oyun Azərbaycanın “El Klassiko”sudu. “Xəzər Lənkəran”la görüşdə bizi qələbədən başqa heç bir nəticə qane etmir. Bu oyunu çox adam gözləyir.

- “Xəzər Lənkəran”ın heyətinin nisbətən zəifləməsini “Neftçi” üçün üstünlük hesab etmək olar?

- Düzdür, “Xəzər Lənkəran” nisbətən zəifləyib. Komanda təcrübəli, aparıcı futbolçularını itirib. Ancaq oyunda nə olacağını bilmək olmur. Hər bir oyuna, rəqiə hörmətlə yanaşmaq lazımdı. Rəqibin heyətindən asılı olmayaraq, məqsədimiz qələbədir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31