23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Yaşar Vahabzadə: “Asan qrupa düşməmişik”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə Avro-2017-nin seçmə mərhələsində yığmamızın yer aldığı 7-ci qrupdakı rəqiblər və təqvimlə bağlı affa.az saytına fikirlərini bildirib: “Əvvəla, onu deyim ki, heç də asan qrupa düşməmişik. Almaniya və Rusiya yığmaları Avropada sözlərini demiş komandalardır. Avstriya və Finlandiya yığmalarını da hesabdan silmək olmaz. Nə qədər çətin qrupa düşsək də, nəticə əldə etmək üçün sonadək mübarizə aparacağıq. Əlbəttə, əsas məqsəd milli komandaya layiqli oyunçu yetişdirməkdir. Təbii ki, bununla yanaşı, turnir cədvəlində yaxşı nəticə əldə etmək də önəmlidir.

Təqvimə gəlincə, bununla bağlı keçirilən iclasdan əvvəl Finlandiya yığmasının rəhbərliyi təklif irəli sürdü ki, mart və iyul aylarında qrupumuzda oyun olmasın. Çoxluq bu təkliflə razılaşdı. Çalışdıq elə təqvim quraq ki, əsas milli komandanın oyunları ilə bizim qarşılaşmalar arasında müəyyən qədər vaxt olsun. Hesab edirəm ki, normal təqvimdir. Yaxın günlərdə rəqiblər haqda dolğun informasiya toplayacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30