24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Hacı İbrahim Nehrəmli: “Məqsədimiz UEFA Kubokunu Bakıya gətirməkdi”

“Xəzər adaları” layihəsinin müəllifi, eyni adlı futzal klubunun sahibi, “Avesta Concern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli dünən jurnalistlərlə görüşüb. Futbolxeber.az-ın məlumatına görə, klub sahibi ilk öncə “Xəzər adaları”nın yaranmasından söz açıb: “İdmana marağım həmişə olub. Dostlar məsləhət gördülər ki, idmana sərmaya yatıraq. Beləcə, “Xəzər adaları” futzal klubunu yaratdıq. Mübarizəyə əvvəlcə birinci diviziondan, kiçik büdcəylə başladıq. Komanda ilk mövsümdə qarşıya qoyulan məqsədə çatdı. 90 mümkün xaldan 86-sını topladıq”.  

Hacı İbrahim Nehrəmli bildirib ki, yüksək liqaya vəsiqə qazandıqdan sonra istəkləri də artıb: “Daha sonra yüksək liqada mübarizəyə başladıq. Bilirdik ki, güclülərin arasında da uğur qazanmaq üçün mütləq büdcə artırılmalıdı. Büdcəni 1 milyona çatdırdıq. Komanda geridə qalan müddətdə ümidləri doğruldur. Mövsümün sonunda istəyimizə çatmaq üçün qışda büdcəyə 200 minlik əlavə etdik. İlk öncə ölkə çempionu olub, UEFA kubokuna vəsiqə qazanmaq, daha sonra isə həmin yarışın qalibi olmağı istəyirik. Bəli, məqsədimiz UEFA kubokunu Bakıya gətirməkdi”.

“Xəzər adaları”nın rəhbəri qeyd edib ki, uğur qazanmaq üçün başqa vasitələrdən istifadə etmirlər: “Biz yalnız və yalnız sağlam rəqabət istəyirik. Hakimlərlə və ya rəqiblə danışa getmək, hər hansı başqa üsuldan istifadə etmək bizə yaddı. Öz gücümüzə uğur qazanmaq istəyirik. Hər zaman düzgün yollarla uğur çatmışam. İstəyirəm ki, idmanda da belə olsun”.

Hacı İbrahim Nehrəmli bildirib ki, gələcəklə bağlı böyük planları var: “Azərbaycanda ilk dəfə olaraq futzal akademiyası tikdiririk. Oranın 2 böyük, 4 kiçik meydançası olacaq. Bu gün komandamızda bahalı legionerlər var. Amma sabah vəziyyət dəyişməlidi və komandamızda yerli idmançılar çıxış etməlidirlər. Gəncləri idmana cəlb etməklə onları pis vərdişlərdən yayındıra bilərik”.

“Gələcəkdə futbol klubu yaratmaq perspektivinə necə baxırsız” sualını “Xəzər adaları”nın sahibi belə cavablandırıb: “Böyük oğlumun futbola marağı çoxdur. Bu, onun istəyidir. Hazırda ölkə xaricində təhsil alır. Mən də ona demişəm ki, təhsilini başa vurub, vətənə qayıtdıqdan sonra bu məsələ ilə özü məşğul ola bilər”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30