20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Fariz Nəcəfov: “Qriqorçukun istəyinə əsasən daha bir futbolçu transferi mümkündü”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Futbolxeber.az saytına müsahibə verib.

- III dövrənin ilk turunda “Qəbələ” “Bakı” üzərində qələbə qazandı. Komandanızın oyunu sizi qane etdi?

- Komandamız “Bakı” ilə oyunda Antalyada olduğu kimi elə də baxımlı futbol sərgilımədi. Çempionatda birinci oyun həmişə çətin olur. “Bakı”ya qarşı görüşümüz asan olmasa da, qalib gəldik. Baş məşqçimizin də dediyi kimi, ümid edirik ki bu qələbə gələcəkdə inamlı çıxış etməyimizə kömək olacaq.

- Kamran Ağayevin “Qəbələ”dən ayrılacağı barədə xəbərlər bir müddət əvvəl yayılsa da, həm futbolçu, həm də rəhbərlik deyilənləri təkzib edirdi. Lakin bu gün Ağayev komandada yoxdu. Bunu necə izah edə bilərsiz?

- Böyük ehtimalla, Kamranın adından və ya onun istəyi ilə hansısa menecer danışıqlar aparıb. Ən azından mən belə başa düşürəm. Amma klub olaraq, bizə heç bir komandadan Kamranla bağlı təklif gəlməyib. Özü gəlib dedi ki, hansısa klubla danışıb. Bizdən transfer vərəqəsini istədi, biz də verdik.

- “Bakı” ilə oyundan sonra Cavid Hüseynovla rəqib azarkeşlər arasında insident yaşandı. Artıq ikinci dəfədir ki, “Qəbələ”nin üzvlərinin iştirakı ilə belə xoşagəlməz hal yaşanır. Razısız ki, belə hallar klubun imicinə zərbədir?

- Hər dəfə klubdaxili toplantılarda tapşırıq qoyuruq ki, azarkeşlərlə futbolçuların münasibətinə nəzarət olunsun. Azarkeşə haqq qazandırmıram. Amma azarkeş istədiyi sözü deyə bilər. Biz futbolçuya nəzarət edirik ki, belə hallar yaşanmasın. Futbolçu qayıdıb azarkeşə cavab verməməlidir. Buradan bütün azarkeşlərə səslənirəm ki, futbol onlar üçün oynanılır. Bu kimi hallar aradan qaldırılmalıdır. Elə insanlar var ki, bu kimi hallara görə stadiona gəlmirlər. Bəzən stadionda xanımlar da olur. Onların, uşaqların izlədiyi oyunlarda heç kim qeyri-etik ifadələrin işlənməsini istəməz. Cavidin iştirakçısı olduğu hadisənin şişirdilməsinin tərəfdarı deyiləm. İnsident qısa zaman ərzində baş verdi və dərhal da həll olundu.

- Ümumiyyətlə, bu barədə Cavidlə söhbətiniz olub?

- Yalan deyə bilmərəm, Cavid Hüseynovu oyundan sonra görməmişəm. Amma bu haqda onunla mütləq söhbətimiz olacaq

- Roman Qriqorçuk Ukrayna mətbuatına son müsahibəsində daha bir oyunçu ilə maraqlandığını bildirib. Həmin futbolçu hələ də komandanızın gündəmindədir?

- 1 futbolçu ilə maraqlansaq da, transferi alınmadı.

- Həmin futbolçu da “Çernomorets”dən idi?

- Yox, o, "Çernomorets"in üzvü deyildi, ancaq Qriqorçukun tanıdığı futbolçu idi. Keçidi alınmasa da, həmin mövzu bağlanmayıb. Ola bilər ki, Qriqorçukun istədiyi həmin mövqeyə kimisə gətirək.

- Söhbət hansı mövqedən gedir?

- Söhbət müdafiənin cinahlarından gedir. Qriqorçuk istəyir ki, həmin futbolçu təkcə müdafiədə oynamaqla kifayətlənməsin, həm də hücuma qoşulmağı bacarsın. Yəni yarımmüdafiədə də oynaya bilsin. Bu məsələni diqqətdə saxlayırıq. Bir sözlə, Qriqorçukun istəyinə əsasən daha bir futbolçu transferi mümkündü.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30