25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Millimiz yenə 120-ci oldu

 

FİFA bu gün milli komandaların növbəti aylıq reytinq cədvəlini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan yığmasının mövqeyində heç bir dəyişiklik baş verməyib. Millimiz əvvəlki kimi yenə də 120-cı pillədə qərarlaşıb. Komandamızın aktivində 276 reytinq balı var.

Milli komandamız sıralamada yenə də Antiqa və Barbuda, Tanzaniya, Surinam, Malavi, Efiopiya, Mozambik, Zimbabve, Liberiya, Oman, Benin, Niger, Uqanda kimi futbolu zəif inkişaf etmiş ölkələrdən geri qalıb.  

Dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Portuqaliya (5-ci yer), Rusiya (11) və Şimali İrlandiya (119) millilərinin mövqeyində dəyişiklik baş verməyib. İsrail millisi ötən ayla müqayisədə 1 pillə geriləyərək, 59-cu pillədə qərarlaşıb. İsrail kimi Lüksemburq da 1 pillə geriləyib və sıralamada 148-cidir.  

Dünya reytinqinin ilk 10 pilləsində heç bir dəyişiklik baş verməyib. İspaniya millisi əvvəlki kimi zirvədədir. Almaniya ikinci yerdə olduğu halda, Argentina yığması ilk "üçlüy"ü qapayır. İlk "10-luq"da həmçinin Xorvatiya, Portuqaliya, Kolumbiya, İngiltərə, İtaliya, Hollandiya və Ekvador milliləri qərarlaşıb. Türkiyə yığması əvvəlki kimi 44-cü pillədədir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30