16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Cavid Hüseynovla mübahisə edən “Bakı” azarkeşi: “Söhbət etdiyimiz vaxt təpik atdı”

“Bakı”nın ən fəal azarkeşlərindən olan Ramil Məmmədov bu gün “Qəbələ” ilə oyundan sonra Cavid Hüseynovla fanatlar arasında yaşanan insident haqda danışıb. R.Məmmədov Futbolxeber.az saytına verdiyi açıqlamada insidentin yaranması barədə deyib: “Cavid Hüseynov penalti zərbəsini yerinə yetirərkən biz qapının arxasındaydıq. Fit verərək onu çaşdırmağa çalışırdıq. Bu da normal haldı. Bu üsuldan bütün dünyada azarkeşlər istifadə edirlər. Cavid Hüseynov isə zərbəni dəqiq yerinə yetirdikdən sonra bizə baxa-baxa nümayişkarcasına topa ikinci dəfə zərbə endirdi. O daha əvvəl “Bakı”nın çörəyini yeyib. İndi belə hərəkət etməsi biz azarkeşlərin narazılığına səbəb oldu. Ona görə də biz Cavidin hərəkətini cavabsız qoymadıq. O da bizə cavab qaytardı”.

“Bakı” azarkeşi bildirib ki, sonradan Cavid Hüseynov onları “söhbətə çağırıb”: “Künc zərbəsi yerinə yetirərkən bizi söhbət etməyə çağırdı. Biz də bu səbəbdən oyundan sonra Cavidi gözlədik. Gəldi, söhbət etdiyimiz vaxt təpik atdı. Dərhal araya polislər girdi və bizi oradan uzaqlaşdırdılar”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30