20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” qapıçısı ilə vidalaşdı

“Qəbələ” İdman Klubu qapıçı Kamran Ağayevlə yollarını ayırıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılıqlı razılaşma əsasında futbolçu ilə müqaviləyə xitam verilib.

2014-cü ilin əvvəlindən “qırmızı-qara” formanı geyinən futbolçu “Qəbələ”nin uğurları üçün 1 il çalışıb. Komandanın heyətində 37 oyun keçirib, 43 top buraxan Ağayev 2013/14 mövsümündə “qırmızı-qaralar”la Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı olub. Azərbaycan kubokunun finalında iştirak edib. 29 yaşlı qapıçı Premyer Liqada 31 oyunda 36, Azərbaycan kubokunda 4 oyunda 2, Avropa Liqasında 2 oyunda 5 qol buraxıb. 31 dəfə meydana “Qəbələ”nin kapitanı kimi çıxan futbolçu 2014-cü il fevralın 8-də “Qarabağ”la çempionatdakı ev oyununda (0:1) debüt edib. “İnter”lə dekabrın 21-də Qəbələdə baş tutan çempionat matçı isə Ağayevin “qırmızı-qara” formada son oyunu olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30