Ölkə futbolu
Antonio Konte: “Yuventus”un oyununa baxmaq mənim üçün ağırdı” (Müsahibə)
AVRO-2016-nın seçmə mərhələsində milli komandamızın rəqibi olan İtaliya yığmasının baş məşqçisi Antonio Kontenin müsahibəsini təqdim edirik:
- “Yuventus” rəhbərliyi sizin haqda danışarkən, onların az da olsa incik olduqları hiss olunur. Sizcə niyə?
- Mayda biz bir qədər gözləmək, hadisələrin necə cərəyan edəcəyini izləmək qərarına gəldik. Yekunda da olmalı olan hadisə reallaşdı. Məni nəyə görəsə günahlandırmaq düzgün deyil. Qərar qəbul etmək asan deyildi. Amma səhvə yol vermədim. Gedişimi bəyan etdiyim videoya baxın. Orada da məyus olduğum hiss olunur. Lakin o vaxt da, indi də düzgün qərar qəbul etdiyimi düşünürəm. Qəbul etdiyim qərar təkcə mənim yox, həm də klubun xeyrinə oldu. “Yuventus”da çalışarkən çox həyəcanlı günlərim olub. 3 skudetto qazandıq, çempionatı yenilgisiz, eləcə də 102 xalla tamamladıq, ölkə kubokunda final oynadıq, həmçinin Çempionlar Liqasında çıxış etdik. Bəziləri qitənin ən mötəbər klub turnirində uğursuz çıxış etdiyimizi deyirlər. Lakin nəzərə almaq lazımdır ki, komandamızın əksər üzvləri ilk dəfə idi ki, bu turnirdə çıxış edirdilər. “Qalatasaray”dan aldığımız acı yenilgiyə baxmayaraq, qazandığımız nəticələrlə fəxr etməliyik.
- Həyat yoldaşınız Elizabettanın Turində Skudettonun qeyd olunması zamanı axıtdığı göz yaşları artıq sizin Turindən ayrılacağınıza siqnal idi?
- Ailəm 3 il ərzində mənim işimə görə keçirdiyim gərginliyi görürdü. “Yuventus”u çalışdırmaq heç də asan deyil. İnsan hiss edəndə ki artıq bütün bacarığını sərf edib, getməlidir. Hər zaman özüm üçün ən düzgün qərarı qəbul etmişəm. İnsanın işində daim ehtiras olmalıdır.
- Hiss edirsiz ki, hazırki “Yuventus” müəyyən dərəcədə sizin komandanızdır?
- Görəndə ki tanıdığım futbolçular oynayır...açıq deyəcəyəm, “Yuventus”un oyununa baxmaq mənim üçün ağırdı. İlk növbədə bu, emosional baxımdan çətindir.
- Mövsümü 102 xalla başa vuran “Yuventus”u indiki komanda ilə müqayisə etsək, görərik ki Kvalyarella və Vuçiniç gedib. Əvəzində heyətə Morata, Evra, Pereyra, Koman və Romulo cəlb olunub. İndiki “Yuventus”u daha güclü hesab etmək olar?
- Bu suala cavab vermək istəməzdim. Çünki müqayisə aparmaq mənasızdı. İyulda həyatımda və karyeramda mühüm bir səhifəni bağladım. Odur ki, indiki, yoxsa mənim vaxtımdakı “Yuventus”un daha güclü olması barədə fikir yürütmək istəmirəm. Mənim dövrüm bitdi, amma “Yuventus”un dövrü davam edir. Hazırda komandanın vəziyyəti əladı. Həm nəticə, həm də maddi gəlir baxımından.
- Bəs rəqiblər güclənib, yoxsa bu fantaziyadır?
- Hamı unudur ki, “Yuventus” möcüzəni reallaşdırdı. Bu isə özünə, işinə güvənən insanların əməyinin nəticəsi idi. İndi də eyni yolu “Milan” və “İnter” keçməlidir. Bu komandalar daim titul uğrunda mübarizə aparmağa məcburdular.
- Poqba “Yuventus”dan ayrıla bilər. Sizcə, Zidanda olduğu kimi Poqbanın da satışı İtaliyaya digər ulduzların gəlişinə səbəb olacaq?
- Poqbanın satışı 2-3 yüksəksəviyyəli futbolçunun alınmasına səbəb ola bilər. Lakin onların komandada özlərini necə göstərəcəkləri hələ məlum deyil. Gənc istedadları tapmaq elə də asan deyil. Bunu da nəzərə almaq lazımdır.
- Son zamanlar Fernando Lorentenin məhsuldarlığı aşağı düşüb. Bunun səbəbi sizcə nədir?
- Yaxşı olardı ki, bu sualı Alleqriyə verəsiz. Mənim komandamda hücumçular rəqib qapısına mümkün olduğu qədər yaxın qərarlaşmalıdırlar. Hazırki “Yuventus” isə fərqli oynayır.
- Bir gün “Yuventus”a qayıdacaqsınız?
- Baxacağıq. Heç vaxt heç vaxt demə.
- Hazırda siz millinin baş məşqçisisiz.
- Bunu mənə 5 il əvvəl desəydilər, inanmazdım. Hətta iyulda belə “Skuadra Adzurra”nı çalışdıracağıma əmin deyildim. Tavekkio mənə zəng vuranda istirahətdə idim. Ailəmlə birgə dincəlir, dənizdə üzürdüm. Hətta görüşə gəlmək üçün mağazaya getdim ki, qarderobumu yeniləyim. Həqiqətən də bu təklifə hazır deyildim.
- Futbolçularınızdan nə tələb edirsiz?
- Hörmət və əməksevərlik. Mən nümunə göstərirəm və istəyirəm ki, sözlərim yerinə yetsin. Əks halda futbolçularla məşqçi arasında lazımi münasibət yarana bilməz. Həmçinin kollektivdə olanların həyatını, keçmişdə nə etdiklərini bilməliyəm. Çünki onları başqa yolla motivasiya edə bilmərəm. Hazırda mən “A” seriyasının oyunlarını daha çox izləməyə çalışıram. Eləcə də aşağı yaş qrupları üzrə milliləri diqqətə saxlayıram. Bəlkə də məndən gözləniləndən də çox şey edirəm. Amma futbolu və işimi çox sevirəm.
- Hələ ki millidəki fəaliyyətiniz yaxşı alınır.
- Düzünü deyim ki, futbolçuların mənim ideyalarıma bu qədər tez alışacaqlarını gözləmirdim. Komandamız 5 oyunda qələbə qazanıb və yalnız 1 dəfə heç-heçə edib. Geridə qalan müddətdə qazandığımız nəticələrdən razıyam. Amma dayanmadan irəli getməliyik. Almaniya və İspaniyada gözüyumulu halda milliyə futbolçu seçmək olar. Bizdə isə vəziyyət elə deyil.
- Sebastian Covinko Torontoya getmək qərarına gəldi. Onun seçimini dəstəkləyirsiz?
- Başqa nə etməliydi ki? Bir neçə ildən sonra çoxları ABŞ-da oynamaq arzusunda olacaq. Çünki orada çempionat dayanmadan inkişaf edir. Son araşdırmalara görə Amerikada 6-12 yaş arası uşaqlar daha ənənəvi idman növləri - basketbol və amerikan futbolu ilə məşğul olmurlar. Onlar avropalılar kimi futbola üstünlük verirlər. Belə davam etsə, amerikalılar futbolda hamıdan güclü olacaqlar. Odur ki, Covinkonu anlaşıyla qarşılayıram. Təbii ki, bu keçiddə maddiyatın da rolu oldu.
- Siz ölkə xaricində çalışarsız?
- Mən hər zaman ambisiyalı komandalarda çalışmaq istəmişəm. Hansı ki avrokuboklarda ciddi hədəflər uğrunda mübarizə aparır. Belə klubların sayı Avropada 6-7-dir. İngilis dilini öyrənməyə davam edirəm. Amma bu sahədə hələ həvəskaram.
- Balotelli haqda hansı fikirdəsiz?
- Mən daha onun barədə suallara cavab vermirəm.
“Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
11:15
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
-
11:03
“Traktor” səfərdə uduzdu
-
10:52
"Ayntraxt"ın qələbəsi VİDEO
-
10:39
Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək
-
10:24
"Latsio" 3 xalı tək qolla qazandı VİDEO
-
10:11
Orxan Məmmədov “Neftçi” ilə oyundan öncə “Zirə”ni tək buraxmadı FOTOLENT
-
09:48
"Beşiktaş" "Ankaragücü"nü məğlub etdi VİDEO
-
09:30
"Qəbələ"nin 2 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
-
20:15
"Sumqayıt" Tovuzdan qələbə ilə qayıdır VİDEO
-
19:58
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
-
19:31
Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”
-
18:26
"Sumqayıt” II pilləyə yüksəldi
-
16:42
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb