Ölkə futbolu
Jaba: “Gələn mövsümdən əvvəlki “Bakı”nı görəcəksiniz”
“Bakı” futbol klubunun yeni kapitanı Jaba klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Qış hazırlıq prossesini Bakıda keçirdiniz. Hazırlıq prossesini necə keçdi?
- Hazırlıq prossesində çox istəkli idik. Bu mövsüm komandamızda bir az problemlər var. Biz gənc komandayıq. Ona görə də yüksək yerlər uğrunda mübarizə apara bilmədik. Amma inanıram ki, bəzi çətinliklər aradan qaldırılacaq və siz gələn mövsümdən əvvəlki “Bakı”nı görəcəksiniz. Bilirsiniz ki mən öncələr də 3 il bu komandada oynamışam. Bu komanda ilə çempion olmuşam. Mövsümün ən yaxşı oyunçusu seçilmişəm. UEFA kubokunda Play-off oynamışam. Qazandığım uğurları təkrarlamaq istəyirəm. Hər bir rəqibin komandama hörmətlə yanaşmasını, çəkinməsini görmək istəyirəm. Özümü evimdəki kimi hiss edirəm.
- İlk gəldiyiniz “Bakı” ilə indi gördüyünüz “Bakı” arasında hansı fərqlər var?
- O vaxtlar komandamızda maliyyə baxımından vəziyyət daha yaxşı idi. Hər il komandaya güclü legioner futbolçular dəvət edilirdi. Hər mövqedə yüksək səviyyəli futbolçular çıxış edirdilər. Hal-hazırda vəziyyət dəyişib. Buna baxmayaraq mən burada çox xoşbəxtəm. Əksinə bu dəfəki gəlişimdə komandaya daha da gərəkli olduğumu görürəm. Komandada yerli gənc futbolçular çoxluq təşkil edir. Onların hamısı yaxşı futbolçulardır. Meydançada çox qaçırlar, istəklidirlər. Onlara tez-tez öz məsləhətlərimi verirəm. Təcrübəmi bölüşürəm. Təcrübələri az olduğundan bəzən səhvlərə yol verirlər. Bu futbolda normal haldır. Birdən-birə futbolçu olmurlar. Yavaş-yavaş, öyrənərək performans göstərəcəklər. İnşallah bir-iki ildən sonra onların içindən çox yaxşı futbolçular çıxacaq. Məşqçilərimiz də mənə tövsiyyə edirlər ki, gənclərlə meydanda danışım. Biz birlikdə bir komanda üçün çalışırıq. Bizim fərqimiz də bundadır. Çünki başqa şansımız da yoxdur. Bu heyətlə çempionatda oynamalıyıq.
- Azarkeşlər əvvəlki Jabanı nə vaxt görəcəklər?
- (Gülür) İndiki “Bakı”da oynamaqla o dönəmki komandada oynamaq arasında kəskin fərq var. Bu komanda gənclərdən təşkil olunub. Gənclərin əhatəsində uğurlu oyun göstərmək çox çətindir. Əvvəllər mənim üçün daha asan idi. Ətrafımda təcrübəli futbolçular cəmləşmişdi. Komandamızda heç bir problem yox idi. Amma Jaba dəyişməyib, elə həminkidir.
- Son oyunda kapitanlıq sarğısı sizin qolunuzda idi…
Mənim 33 yaşım var. Bu yaşda kapitan olmağım normaldır. İki il bundan qabaq bu komandada oynadığım vaxtlarda hər kəsin rəğbətini qazanmışdım. Rəqiblər məndən və komandamdan çəkinirdilər. Yəqin ki əsas səbəb bu olub. Digər tərəfdən mən məşqlərdə və oyunda komanda yoldaşlarıma bir böyük kimi istiqamət verirəm. Yəqin ki, bu xasiyyətimə görə məni seçiblər. Bu mənim məsuliyyətimi daha da artırıb.
- Qarşıda “Qəbələ” ilə oyun var.
- Hal-hazırda komandanın heyətində yüksək əhval-ruhiyyə hökm sürür. Oyunun öz meydanımızda olması bizə əlavə üstünlük verir. Biz gənclərlə birgə daha çox qaçaraq, daha çox mücadilə edərək bu oyunda qələbə qazananaraq çempionatda dönüş etmək istəyirik. Qələbə qazansaq rəqiblərin bizə hörmətlə yanaşacağına şübhəm yoxdur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq