19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Xəzər Lənkəran"ın baş məşqçisi: "Rednikin fikirləri ilə razı deyiləm"

“Xəzər Lənkaran” klubunun baş məşqçisi Elbrus Məmmədovun müsahibəsi

Artıq qış fasiləsi bitdi. “Xəzər Lənkaran” üçün bu hazırlıq prosesini necə dəyərləndirirsiniz?

- Komandamız çempionata fiziki baxımdan tam hazırdır. Sadəcə taktiki gedişlərdə bir az çatışmazlıqlar var. Klubumuz gənc futbolçulardan təşkil olunub. Mövqelər arasında əlaqə qurmaqda çətinlik çəkirlər. Bəzi futbolçuların zədəli olması da planlarımızı pozur. İlqar Ələkbərov və Ruslan Cəfərovun yoxluğu mərkəz xəttində problemlər yaradacaq. Əsas məqsədimiz bu çatışmazlıqları aradan götürüb çempionata tam hazır olmaqdır.

- Üçüncü dövrənin ilk turunda sabah Premyer Liqanın iddialı klublarından biri olan “Simurq”la səfər oyununa çıxacaqsınız. Bu görüş haqda fikirlərinizi bilmək istərdik.

- Azərbaycan çempionatında bütün klublar iddialıdır. Premyer Liqada ən gənc komanda “Xəzər Lənkaran”dır. Biz də çalışacağıq ki, çempionatda yaxşı mübarizə aparıb layiq olduğumuz pillədə qərarlaşaq. Bunu gələcəkdə oyunlarımızla da sübut edəcəyik.

- Bunu etmək gənc futbolçularla çətin olmayacaq?

- Qəti şəkildə bildirirəm ki, heç nədən çəkinmirəm. Komandama çox inanıram. Məqsədimiz çempionatda və kubokda maksimum irəliləməkdir. Futbolçularda da o həvəsi hiss edirəm. Antalya toplanışında bütün komanda üzvləri özlərində o inam hissini yarda bildilər. Təcrübəli oyunçularımız gənc futbolçulara çox dəstək olurlar. Komandamızda yaxşı ab-hava var. Hamı bir-biri ilə çox mehribandır.

- Klub rəhbərliyi qarşınıza hansı tapşırıqları qoyub?

- Klub rəhbərliyinin komandaya heç bir təzyiqi yoxdur. Sadəcə onlar may ayına kimi özlərini təsdiq edən gənc futbolçuları görmək istəyirlər.

- Əgər onların istəkləri olmasa, mayda yenidən “Xəzər Lənkaran”da dəyişiklik ola bilər?

- Futbolçularımız artıq özlərini təsdiq ediblər. Bütün oyunçular bizim istəklərimizə tam cavab verir. Onların hələ ki,  səhvləri yoxdur. Amma klub rəhbərliyinin istəyini yerinə yetirə bilməsək, dəyişiklik mümkündür.

- Hazırda “Xəzər Lənkaran”da hansı mövqedə daha çox çatışmazlıq var?

- Hücum xəttində futbolçuya ehtiyac duyuruq. Tək bizdə yox, bütün klublarımızda  hüçumçu problemi var.

- Mirça Rednik azərbaycanlı jurnalistlərə müsahibəsində qeyd etdi ki, “Xəzər Lənkaran”ın vəziyyəti ürəkaçan deyil. Sizcə, bu, belədir?

- Rednik şəxsi fikrini söyləyib. Nəyə görə belə düşünür, bunu özü izah edə bilər. Mən bu fikirlə razı deyiləm.

- Adrian Skarlatake klubda qalacaqmı?

- Skarlatake ilə klub arasında razılıq əldə olunsa, komandada qalacaq. Bu gün burda olan futbolçuların hamısı klubun qoyduğu şərtləri qəbul edənlərdir.

Onun hazırda məşqdə olmamağı deməyə əsas verirmi ki, Skarlatake şərtləri qəbul etmir?

- Müəyyən şərtlər var ki, Skarlatake ilə razılığa gələ bilmirik. Bəli, o bu gün komanda ilə birlikdə deyilsə, deməli, hələ şərtləri qəbul etmir.

Mənbə: Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30