29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Eddi İsrafilov: “La Liqada çempion olmaq və dünya çempionatında oynamaq istəyirəm”

"Qranada"nın və Azərbaycan yığmasının yeni futbolçusu Eddi İsrafilov İspaniya mətbuatına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Qranadada həyat necə keçir?

- Əla. Burada çox xoşbəxtəm. Qranada yaxşı və müasir şəhərdi. İmkan olanda oynayıram, amma daha çox oynamaq istərdim. Ancaq nəzərə almaq lazımdır ki, bu, mənim La Liqadakı ilk mövsümümdür. Buna görə də, səbirli olmalı və gözləməliyəm.
 
- Sabiq baş məşqçin Xoakin Kaparrosun komandadan göndərilməsi haqda nə deyə bilərsən?

- Onun gedişi gözlənilməz oldu. Kaparros mükəmməl insandır. Məhz onun rəhbərliyi altında La Liqada debüt etdim. Ümid edirəm ki, onun sonrakı fəaliyyəti daha uğurlu alınacaq.
 
- Dörd il ərzində bir çox stadionlarda, həmçinin “Nou Kamp”da oynamaq sizə qismət oldu. Bunu gözləyirdin?

- Arzum reallaşdı. Əvvəlcə televizorda gördüyüm stadionlarda indi oynayıram. Bundan gözəl nə ola bilər ki?
 
- Növbəti hədəfiniz nədi?

- İspaniya La Liqasında çempion olmaq və dünya çempionatında oynamaq istəyirəm.
 
- “Real”a qarşı oynamaq yaxşıdır, yoxsa “Barselona”ya?

- Bu komandalara qarşı oynamağı uşaqlıqda ancaq yuxumda görürdüm. “Real” və “Barselona”ya qarşı meydanda mübarizə aparmaq inkişaf deməkdir.
 
- Qarşıdan “Real”la oyun gəlir. Bu matçdan nə gözləyirsən?

- Bu oyuna çox ciddi hazırlaşırıq və hədəfimiz matçdan 3 xalla ayrılmaqdır.
 
- Sənin üçün hansı mövqedə oynamaq daha rahatdır?

- Hücum etməkdən çox müdafiə olunmağı xoşlayıram. Amma irəlidə də rahat oluram.
 
- Digər ölkələrdən təklif almısanmı? Karyeranı hansı ölkədə davam etdirmək istəyirsən?

- İngiltərədən yaxşı təklif almışdım. Premyer Liqa məni özünə cəlb edir. Lakin "Qranada" mənim La Liqada oynamağım üçün çox səy göstərdi. Gələcəkdə İspaniyadan kənarda da oynamaq istəyirəm.
 
- Niyə Azərbaycan millisini seçdin?

- Anam azərbaycanlıdır və orada məni yığmada görməyi çox istəyirdilər. Buna görə Azərbaycanı seçdim.


Mənbə: Qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31