28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Georgi Çixradze: “Simurq”da böyük pullar dövr etməsə də, irəli getmək üçün yaxşı imkan var”

“Simurq”un baş məşqçisi Georgi Çixradze Futbolxeber.az-ın Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- “Simurq”un təlim-məşq toplanışı başa çatmaq üzrədir. Hazırlıq prosesindən razı qaldınız?

- Hazırlığımız sona çatır. Bu gün son oyunumuzu keçirəcəyik. Hazırlıqdan razıyam. Antalyada olduğumuz müddətdə böyük ölçüdə iş gördük. Oyun planı baxımından bir çox məsələləri həll etdik. Komandam hələlik 4 yoxlama oyunu keçirib. Bu oyunlarda bütün futbolçulara özlərini göstərmək üçün şans verdik. O cümlədən də zədəli və az oynamaq imkanı olanlar meydana çıxdı. Lakin son oyunda nisbətən əsas heyətlə çıxış etdik. Bu gün də son oyunumuzdur. “Volın”la matça da demək olar ki, çempionatda güvənəcəyimiz oyunçulara şans verəcəyik. Futbolçularımdan razıyam. Hazırlıq prosesi zamanı yaxşı çalışdılar.

- Yoxlama oyunlarında komandadan istədiyinizi ala bildiniz?

- Heyətimizdə müəyyən dəyişikliklər oldu. 4 oyunda hamıya oynamaq şansı verdik. Nəticə önəm daşımırdı. Onsuz da təlim-məşq toplanışında maksimal forma yığmaq olmur. Digər tərəfdən də rəsmi oyunla yoldaşlıq görüşünə motivasiya fərqli olur. 2 oyunda çox qol buraxdıq. Bu da müəyyən səbəblərdən irəli gəlirdi. Ümumi götürdükdə, komandadan razıyam. Futbolçulardan istədiyimi ala bildim.

- Komandaya cəlb olunan yeni futbolçular necə təsir bağışlayırlar?

- Elnur Abdullayev çox yaxşı futbolçudu. Onun oyununu bəyənirəm və düşünürəm ki, bizə kömək edəcək. Digər transferimiz Xuan Alvarado da yaxşı futbolçudur. Təcrübəsi zəngindir.

- Heyətə başqa futbolçu cəlb etmək fikriniz var?

- Daha 1 hücumçu transfer etməyi planlaşdırırıq. Hazırda 3 namizəd var. Onlarla danışıqlar gedir. Amma adlarını hələ açıqlaya bilmərəm. Razılıq əldə etsək, onlardan birini heyətə qatacağıq.

- Yəqin ki, hücumçu ilə birbaşa müqavilə imzalanacaq?

- Hə.

- Mövsümün sonu üçün “Simurq”un məqsədi nədir?

- Məqsədimiz avrokuboklara düşməkdir. Bunun üçün həm kubokda, həm də çempionatda sona kimi mübarizə aparacağıq.

- Dünən “Qəbələ” - “Kuban” oyununu izlədiz. “Qəbələ”də dəyişikliklər çoxdu?

- Yeni məşqçi və futbolçular gəlibsə, dəyişiklik olmalıdır. Hiss olunur ki, məşqçi heyətə yaxşı futbolçular cəlb edib, indi də komanda öz oyununu axtartır. Tək “Qəbələ” yox, bütün klublarda iş gedir. Kimin necə hazırlaşdığı çempionatda bilinəcək. Artıq mövsümün ikinci yarısının startına da az qalıb.

- Bir müddət əvvəl Məşqçilər Komitəsinin üzvləri ilə görüşünüzdə legioner limiti məsələsini də müzakirə etdiniz. “Simurq”un bu məsələdə istədiyi nədir?

- Bizim durumumuz elədir ki, heyətə millinin futbolçularını cəlb edə bilmirik. Birincisi, region komandasıyıq. Digər tərəfdən də maliyyə durumumuz yüksək deyil. Futbolçular isə ilk növbədə paytaxtda məskunlaşmağa cəhd edirlər. “Simurq”da böyük pullar dövr etməsə də, bizdə özünü göstərmək, daha da inkişaf etdirmək üçün imkan var. Məncə, daha irəli getmək istəyənlər üçün “Simurq” yaxşı variantdı. Hazırki limiti normal hesab edirəm. Limit əsas deyil. Əsas odur ki, futbolçunun motivasiyası, irəli getmək, inkişaf etmək istəyi olsun. Təkcə qazandıqları puldan razı qalmasınlar.

- Kaxaber Sxadadzenin Gürcüstan millisinin baş məşqçisi təyin olunmasına münasibətiniz necədir?

- Kaxaber çox yaxşı məşqçidir. Daha əvvəl klublarda, eləcə də Gürcüstanın U-21 millisində çalışıb. Amma əsas miullini çalışdırmaq böyük məsuliyyətdir. O da çəkinmədən bu vəzifədə sınamaq istədi. Mən onun yığmadakı işinin də uğurlu alınacağını düşünürəm. Çünki o, işinin peşəkarıdı. Sxadadazeyə uğurlar arzu edirəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31