25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Roman Qriqorçuk: “Kuban”la oyunda buraxdığımız kobud səhvlər bizə dərs olmalıdı”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Futbolxeber.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- Komandanız bu gün yoxlama oyununda “Kuban”a 0:2 hesabı ilə uduzdu. Qarşılaşma haqda nə deyə bilərsiz?

- Bu adi yoxlama oyunu idi. Çalışırıq ki, yoldaşlıq görüşlərində hər dəfə güclü komandalara qarşı oynayaq. Oyun ümumilikdə yaxşı keçdi. Amma nəticə istədiyimiz kimi alınmadı. Kobud səhvlər buraxdıq. Bu səhvlər bizə dərs olmalıdı. Güclü rəqiblər adi səhvləri heç vaxt bağışlamırlar. Ümid edirəm ki, rəsmi oyunlarda belə səhvlər etməyəcəyik.

- “Qəbələ”də bu gün hansı problemlər həll olunmamış qalır?

- Hələ ki istədiyimiz kimi oynamırıq. Problem budur. Amma komanda necə oynamalı olduğunu bilir və işləyirik. Bu gün komanda sürətli ola bilməz. Bizə lazımdı ki, çempionatda sürətli və hazır olaq.

- Kamran Ağayev bu gün oyunu kənardan izləyirdi və heç ikinci qapıçı da kimi də meydana çıxmadı. Onunla bağlı hansı fikirdəsiz?

- Mənim bu futbolçu ilə bağlı mövqeyim dəyişməyib. Sərəncamımda 3 yaxşı qapıçı var. İndi kimin oynaması əhəmiyyət kəsb etmir. Təlim-məşq toplanışında hər kəsin bacarığını görməliyik. Bunu da yalnız oyunlarda görə bilərik. Bu məsələni çox müzakirə etməyə dəyməz.

- Bu gün Mixail Sivakovu sınaqdan keçirdiniz. Onun oyununu necə dəyərləndirərdiz?

- İndi Sivakov ideal vəziyyətdə deyil. Bir müddət əvvəl əməliyyat keçirib. Tam gücü ilə heç oynana da bilməz. Ona görə də çıxışını hazırda dəyərləndirmək düzgün çıxmır.  

- Onu “Qəbələ”nin futbolçusu saymaq olar?

- Hələ ki yox. Bu haqda yalnız rəsmi müqavilə imzalanandan sonra danışmaq olar.

- Komandada gücləndirmək istədiyiniz hansısa  mövqe qalıb?

- Axtarışlarımız davam edir. Daha da güclənməliyik. Bugünki oyun da göstərdi ki, bir qədər də güclənməyə ehtiyacımız var. İstərdim ki, daha 2 mövqeni gücləndirək. Necə alınacağını isə zaman göstərəcək.

- Həmin mövqelər hansılardı?

- Bunu mətbuata deməyim düzgün çıxmaz. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30