20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Yuri Syomin: “Qarabağ”ın yerli futbolçuları istənilən çempionatda oynaya bilərlər”

“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda Rusiyanın “Mordoviya” klubunu çalışdıran Yuri Syomin Futbolxeber.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- Bir müddətdir Azərbaycanı tərk edib, “Mordoviya”da çalışırsız. Geridə qalan müddətdə ölkəmiz üçün darıxmırsız?

- Azərbaycanla bağlı xoş xatirələrim qalıb. Özümə qarşı orada gördüyüm münasibət əla idi. Futbol, təşkilatçılıq baxımından da hər şey yüksək səviyyədə idi. Qəbələdə çox gözəl meydançalar var ki, o cür stadionlara hər yerdə rast gəlmək mümkün olmur. Yenidən Azərbaycana gəlmək istərdim. Əgər “Qəbələ” rəhbərliyi dəvət etsə, yeni stadionunun açılışında məmuniyyətlə iştirak edərəm. Dostlarım çoxdur Azərbaycanda. Boş vaxt tapan kimi mütləq onları görməyə gələcəyəm.

- “Qəbələ”dən ayrıldıqdan sonra hər hansı peşmançılıq hissi keçirmədiniz? Düşünmədiniz ki, bəlkə avrokuboklarda da komandanı meydana çıxarsaydım, daha yaxşı olardı...

- Mənim planlarım başqa cür idi. Kubokun finalından sonra istirahətə yollanmağı və Braziliyada keçirilən dünya çempionatının oyunlarını izləməyi nəzərdə tutmuşdum. Əvvəldən bütün hazırlıqlar da görülmüşdü. Lakin sonradan elə alındı ki, “Mordoviya” ilə anlaşmaq barədə qərar qəbul etdim.

- Kubokun finalında qalib gəlsəydiniz də, qərarınız dəyişməyəcəkdi?

- Yox. Nəticə burada rol oynamırdı. Uduzmağımıza gəldikdə isə həmin gün biz yaxşı çıxış etdik. Sadəcə, bəxtimiz bir qədər gətirmədi.

- Bu gün “Qəbələ”nin “Kuban”a qarşı keçirdiyi yoxlama oyununu izlədiniz. İndiki komanda ilə sizin çalışdırdığınız “Qəbələ” arasında fərqlər çoxdu?

- Hazırki heyətdə yüksək səviyyəli azərbaycanlı futbolçular çoxluq təşkil edir. Bu, müsbət məqamdır. Hiss olunur ki, hər biri keyfiyyətli futbolçulardı. Seçim yaxşı aparılıb. Elvin Camalovun oyununu bəyəndim. Mənim vaxtımda o, uşaq idi. İndi isə artıq əsas heyətdə meydana çıxır. Sevindirici məqamdır. Bütün bu işlər Azərbaycan futbolununun inkişafı üçün görülür. İnanıram ki, tezliklə ölkənizdə də futbolun səviyyəsi yüksələcək.

- Ruslan Abışovun çıxışı haqda nə söyləyə bilərsiz?

- Abışov təcrübəli futbolçudu. Amma ayrı-ayrılıqda oyunçuları dəyərləndirmək istəmirəm. Dediyim kimi, hazırda “Qəbələ”də yaxşı yerli futbolçular cəmləşib. Komanda uduzsa da, bu, yoxlama oyunudur. Hiss olunur ki, komanda təlim-məşq toplanışı keçir.

- Siz Rusiya futboluna yaxşı bələdsiz. Necə düşünürsüz, Ruslanın “Rubin”dəki karyerasının alınmamasının səbəbi nədir?

- Ilk növbədə onu deyim ki, həmin dövrdə “Rubin” çox güclü idi. Komanda ən yüksək yerlər uğrunda mübarizə aparır və avrokuboklarda inamla çıxış edirdi. Ola bilər ki, rəqabətə tab gətirmədi. Üstəlik, Kazan klubunda əcnəbi futbolçuların sayı çox idi. Ruslan da legioner sayılırdı və bu məqam da onun əleyhinə idi.

- “Mordoviya” ilə anlaşdıqdan sonra “Qəbələ”də rəhbərliyiniz altında çıxış edən İbrahima Niasse və Lorense Ebesilionu da özünüzlə birgə Rusiyaya apardınız. Gələcəkdə “Qəbələ”dən hansısa futbolçuları “Mordoviya”ya cəlb etmək fikriniz var?

- Bu haqda danışmağa hüququm yoxdu. Klub rəhbərliyi ilə çox gözəl münasibətim var. Onların icazəsi olmadan heç kimi “Qəbələ”dən transfer edə bilmərik. Ona görə də bu haqda danışmaq düzgün çıxmaz. Əgər gələcəkdə hansısa futbolçu ilə maraqlansaq, ilk növbədə klublar arasında razılıq əldə edilməlidir.

- Azərbaycan Premyer Liqasında çıxış edən digər klublardan necə, maraq dairənizdə olan futbolçu var?

- Azərbaycanda yaxşı oyunçular çoxdu. Götürək “Qarabağ”ı. Bu klubda legionerlərlə yanaşı, yerli futbolçuların da səviyyəsi olduqca yüksəkdir. Onlar təkcə Rusiyada deyil, istənilən ölkədə çıxış edə bilərlər.

- “Qarabağ”dan söz düşmüşkən, bu komandanın Avroliqanın son turunda “İnter”ə qarşı keçirdiyi oyunda baş verən haqsızlığa münasibətiniz necədir?

- Orada həqiqətən də kobud hakim səhvi var idi. “Qarabağ” qələbəyə layiq idi və növbəti mərhələyə də adlamalıydı. Oyun zamanı stadionun dolması da çox gözəl mənzərə idi. Azarkeşlər “Qarabağ”a yaxşı dəstək verdilər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30