28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yaşar Vahabzadə: “Əsas problem odur ki, komandanın əksər üzvləri əvəzedicilərdə forma geyir”

21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə Futbolxeber.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- Bir müddətdir Antalyadasız və klubların çıxışlarını yaxından izləyirsiz. U-21-ə yeni namizədlər aşkar edə bilmisiz?

- Bir neçə gündür burdayıq. Çalışırıq ki, bütün klubların oyunlarını izləyək. Ümumi götürsək, yaşı düşən bütün futbolçular U-21-ə namizəddirlər. Hələ ki yeni namizədlər elə də çox deyil. Yalnız 2 futbolçu diqqətimizi çəkib ki, onların da adını daha əvvəl açıqlamışıq.

- Daha əvvəl U-21-ə dəvət alan və yenidən etimad göstərəcəyiniz futbolçuların hazırki vəziyyəti necədir?

- Burada olarkən “Neftçi”nin, “İnter”in baş məşqçiləri ilə görüşüb, söhbət etmişik. Hazırda özünü yaxşı tərəfdən göstərənlər də var. Elə futbolçular da var ki, hazırda cari mövsümdə göstərdikləri oyundan daha yaxşısına qadirdilər. Yaxşı forma yığıblar, görünür ki xeyli artırıblar.

- Fevralda komandanı təlim-məşq toplanışına yığacaqsınız. Hazırlıq prosesi ilə bağlı bütün planlar bəllidir?

- Planlarımız məlumdu. Fevralın 20-26-sı arası Antalyada təlim-məşq toplanışında olacağıq. Hazırlıq prosesinin gedişində 2 yoxlama oyunu da keçirməyi planlaşdırır.

- Rəqiblər məlumdu?

- Hələ rəqiblərin adları, eləcə də oyunların tarixi qeyri-müəyyəndir. Bizim oyunlarımızın vaxtı əsas millinin burada keçirəcəyi oyuna uyğun olaraq seçiləcək. Buna görə də hələ ki gözləyirik.

- Fevralın 20-sinə təxminən 1 ay vaxt var. Həmin vaxta kimi çempionatda III dövrə start götürəcək. Bununla belə, indidən dəvət göndərəcəyiniz futbolçuların siyahısını böyük ölçüdə müəyyənləşdirmisiz?

- Formalaşdırdığımız komanda yeni olsa da, artıq 2 dəfə bir araya gəlib. Əvvəlcə Almaniyada təlim-məşq toplanışında olmuşuq. Daha sonra isə Maltayla yoxlama oyununda üz-üzə gəlmişik. Elə futbolçular var ki, son zamanlar mütəmadi olaraq U-21-ə dəvət alıblar. Onlar yenə də milliyə olacaqlar. Ümumi götürsək, komandamın özəyi var. Lakin axtarışlarımız da davam edir.

- Daha əvvəl də U-21-də məşqçi kimi çalışırdız. Sizcə, əvvəlkindən daha yaxşı çıxış etmək üçün millimizə nə lazımdı?

- Əsas problem odur ki, komandanın əksər üzvləri əsas deyil, əvəzedicilərdə forma geyir. Onlar çalışmaqlıdırlar ki, əsas heyətə üzv olsunlar. Çünki bu halda ustalıq səviyələri artacaq. Əvəzedicilərdə oynamaqla inkişaf etmək çətindi.

- Əsas millinin baş məşqçisi Robert Prosineçki ilə görüşünüz olub. Görüş zamanı hansı məsələləri müzakirə etdiniz?

- Əsasən o, məndən futbolçular haqda dolğun məlumat aldı. Xorvat mütəxəssis U-21-lə də çox ciddi şəkildə maraqlanır. U-21-in bir sıra üzvlərinin komandaların əsas deyil, əvəzedici heyətdə oynaması Prosineçkini də narahat edir.

- Bernhard Lippertin vaxtında U-21-ə Almaniyadan, Dağıstandan, Ukraynadan milliləşdirilmiş futbolçular cəlb olunurdu. Bu isə heç də birmənalı qarşılanmırdı. Siz də eyni addımı atacaqsız?

- Boşluqlar olan mövqeyə futbolçu gətirilməsi mümkündür. Amma bir halda ki, o futbolçunun Azərbaycanla mütləq bağlılığı olsun.

- Bir müddət əvvəl Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Sankt-Peterburqda oldu və Valentin Qranatkinin xatirəsinə həsr edilmi. Beynəlxalq turnirdə U-19-un çıxışını izlədi. Şahin Diniyev sizə U-19-dan hansısa futbolçuları məsləhət görüb?

- U-19 da yaxşı futbolçular var. Onlar bizim nəzərimizdədi. Lakin indiki məqamda həmin futbolçulara əl vurmaq istəmirik. Təkcə U-19-da deyil, U-17-də də istedadlı futbolçular mövcuddur. Onların hamısının çıxışını izləyirik. Elələri var ki, onları U-21-ə dəvət edib, ən azından təlim-məşq toplanışında sınamaq olmaz. Lakin hazırda həm U-19-u, həm də U-17-ni ciddi sınaq gözləyir. Hazırda hər iki komanda üçün əsas məsələ Elit Raundda uğurla çıxış etməkdir. Martdan sonra həmin futbolçuları sınamağımız mümkündür.

- U-21-in martda seçmə mərhələ oyunlarına start verməsi mümkündür. Həmin vaxta kimi istədiyiniz komandanı formalaşdıra biləcəksiz?

- Elə burda ola-ola da çalışırıq, dəvət göndərəcəyimiz futbolçuların siyahısını hazırlayırıq. Fevralın 5-də püşk atılacaq. Martda oyunlar üçün pəncərə var. Mümkündür ki, 23-31 mart tarixləri arasında biz də meydana çıxaq. Bu, təqvimdən asılı olacaq.

- Martda seçmə mərhələ oyunu olmasa belə, komandanı bir araya gətirəcəksiniz?

- Belə bir fikrimiz var. Daha dəqiq olaraq püşkatmadan sonra danışmaq mümkündür. Amma istənilən halda martda bir araya gəlmək istəyirik. Rəsmi oyun olmasa, yoxlama matçı keçirmək fikrindəyik.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31