25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Ağasəlim Mircavadov: “Baş məşqçilər vicdanla çalışırlar”

Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Futbolxeber.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- “Neftçi” - “Elazığspor” matçını canlı olaraq stadiondan izlədiniz. Oyunla bağlı nə söyləyə bilərsiniz?

- Yalnız bu deyil, klublarımızın Antalyada keçirdiyi qarşılaşmaların əksəriyyətini izləmişik. Bu cür oyunlarda nəticə vacib deyil. Baş məşqçi heyətdə müxtəlif dəyişikliklər edir. Konkret “Neftçi”yə gəldikdə Arif Əsədov gənclərə şans verməklə nəyə qadir olduqlarını yoxladı. Bəzi futbolçuların oyununu bəyəndim. Həm sürətli idilər, həm də topla yaxşı işləyirlər. Bəzi futbolçular oyun təcrübəsinin azlığından əziyyət çəkirlər. Mərkəz müdafiəçisi kimi çıxış edən Rahil Məmmədov topla oynamağa qorxurdu. Çünki o, bu səviyyədə az oyun keçirib. Üzərində çox işləməlidir, fiziki göstəriciləri yaxşıdır.

- “Qəbələ” və “Xəzər Lənkəran”da baş məşqçi dəyişikliyi oldu. Həmin komandaların oyunlarını Antalyada izləmisiz. Baş məşqçi dəyişikliyindən  sonra onların  oyunlarında fərq var?

- Bu iki komandanın oyununu hələ izləməmişik. “Qəbələ” yanvarın 23-də “Kuban”la qarşlaşacaq. Həmin oyuna baxacağıq. “Qəbələ”nin oyununu izləməsək də, baş məşqçisi ilə söhbətimiz olub.

- Burada baxdığınız oyunlarda diqqətinizi hansı futbolçu çəkib?

- “İnter”dən Coşqun Diniyevi qeyd edərdim. Yaxşı təsir bağışlayır. Məhəmməd Mirzəbəyov da diqqətimizi cəlb edib. “Simurq”un müdafiə xəttində problemlərin olduğu görünür. “Neftçi”də gənclər çoxdu. Onlar U-21-ə cəlb oluna bilərlər. Biz də həmin futbolçuları diqqət mərkəzində saxlayırıq.

- Çoxları deyir ki, çempionatın əsas hissəsi qabaqdadır. Bu fikirlə razısız?

- Razıyam. Bir faktı da vurğulayım ki, Premyer Liqaya rəng qatan “Xəzər Lənkəran” idi. Həm oyunu, həm də azarkeşləri ilə. İndi isə klubun strategiyası dəyişib.

- Bu addım komandanı zəiflədəcək?

- Şübhəsiz bu, onların oyununa təsir edəcək.

- Həm əsas, həm də U-21-in baş məşqçisi Antalyadadır. Robert Prosineçki və Yaşar Vahabzadə ilə hansı məsələləri müzakirə edirsiniz?

- Hər gün analizlər edir, yığmaya namizəd futbolçularla bağlı söhbətlər edirik. U-17 və U-16-nın oyunlarını da izləmişik, baş məşqçiləri ilə görüşmüşük. Əsas odur ki, proses gedir. Hazırlıq başa çatdıqdan sonra toplanışı analiz edəcəyik. Çünki U-17 Elit-Raundda çıxış edəcək. Rusiyanın U-17 yığması Bakıya dəvət edilib və millimiz onlarla 2 yoxlama oyunu keçirəcək. Gördüklərimiz haqda onu deyim ki, baş məşqçilər vicdanla çalışırlar. Bizim klubların daxili işinə qarışmaq ixtiyarımız yoxdu. Amma yığmalarda iş gedir. Oyunçular məşqçilərin əlində olduğu hiss olunur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30