29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Arif Əsədov: “Rəhbərlik yaxasını kənara çəksə belə, məsuliyyəti üzərimə götürməyə hazıram”

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Futbolxeber.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- “Elazığspor”a uduzduğunuz oyun barədə nə deyə bilərsiz?

- 20 yanvar tarixi Azərbaycanda matəm günüdür. Xalqımıza, həmin tarixdə şəhid olanların ailələrinə başsağlığı verirəm. O ki qaldı oyuna, plan üzrə hazıqlığımız gedir. Bu gün (söhbət dünən olub-red.) əvvəldən nəzərdə tutmuşduq ki, meydana start heyətində çıxanlar 60 dəqiqə forma geysinlər. Digərləri isə 30 dəqiqə oynasınlar. Sabahkı oyunda da eyni sistem olacaq. Yoxlama oyunlarında nəticəni düşünmürük. Əsas oyunumuzun güclənməsidir.

- Start heyətində 6 yerli, gənc futbolçu yer almışdı. Onların çıxışını necə dəyərləndirə bilərsiz?

- Gənclərin oyunundan razıyam. Müdafiəçi Rahil Məmmədov sərbəst çıxış etdi. Fəhmin Muradbəyli, Mirkamil Həşimli özlərini yaxşı tərəfdən göstərdilər. Əsas odur ki, təcrübə qazansınlar. Biz də belə toplanışlarda 2-3 gənci qazanmaq istəyirik ki, çempionatda da onlardan yararlanaq. Klubun tutduğu strategiyaya uyğun olaraq gənclərə şans veririk. Nə qədər çox Azərbaycan millisinə futbolçu versək, bir o qədər yaxşıdı.

- Bu gün “Neftçi”də sol cinah müdafiəçisi yoxdur...

- Bu gün bizim problemlərimiz var və buna görə əziyyət çəkirik. Həqiqətən də komandada sol cinah müdafiəçisi yoxdur. Bu səbəbdən də daim eksperiment edirik. Gah Məqsəd İsayevi, gah Denis Silvanı həmin mövqedə yoxlayırıq. Unutmayaq ki, kənar müdafiəçiləri müasir futbolda böyük önəm daşıyır. Hücumların kəsərli olmamasında bu amilin rolu az deyil.

- Bu problemi birdəfəlik həll etmək üçün həmin mövqeyə futbolçu transfer etmək olmaz?

- Təbii ki, istərdik. Amma klubun strategiyası elədir  ki, heyətə əcnəbi transfer etmək olmaz.

- Yerli sol cinah müdafiəçisi də tapmaq mümkün deyil?

- Hazırda elə bir futbolçu yoxdur.   

- “Neftçi” üçün transfer çalışmalarının artıq bitdiyini söyləmək olar?

- Bəli, belə demək olar. Daha transfer etməyi planlaşdırmırıq.

- Yeni transferiniz Rəhman Hacıyev məlum səbəbdən Antalya toplanışında iştirak etmir. Bu məqam onun “Neftçi”nin əsas heyətinə düşməsinə mane olmayacaq?

- Rəhman Bakıda məşq keçir. Lazım olsa, forma yığması üçün əvəzedicilərin heyətində də meydana buraxacağıq. Rəhman yaxşı futbolçudur. Çempionatın sonuna hələ çox var. Əminəm ki, onun bizə faydası dəyəcək.

- Sol cinah müdafiəçisi axtarışındasınız. Elnur Allahverdiyevi komandadan göndərdiyiniz üçün peşman deyilsiz?

- Yox, peşman deyiləm. Çünki bizdə hansısa qərar qəbul edilməmişdən əvvəl götür-qoy edilir. Biz də istəyirdik ki, Elnurdan istifadə edək. Amma o, ümidlərimizi doğrultmadı.

- Tərlan Quliyevi də geri qaytarmaq mümkün deyil?

- İnanmıram ki, “Qarabağ” onu buraxsın. O, məndən əvvəlki baş məşqçinin dövründə komandadan gedib. Halbuki bu gün onun bizə böyük faydası dəyə bilərdi.

- “Neftçi” legioner futbolçu tansfer edə bilməz, komandada 1 sol cinah müdafiəçisi belə yoxdur. Bu və bu kimi hallardan gələcəkdə uğursuzluq olacağı təqdirdə bəhanə kimi istifadə etməyəcəksiz?

- Yox, heç bir bəhanədən söhbət gedə bilməz. Bu, klubun strategiyasıdır.

- Klubun strategiyasını formalaşdıran rəhbərlik sabah sizi çətin vəziyyətdə qoymayacaq? Yəni, mümkün uğursuzluq halında rəhbərlik yaxasını kənara çəkə bilər və belədə günahkar baş məşqçi elan olunacaq.

- Onsuz da futbolda daim belədir ki, uğursuzluq olan kimi günahkar baş məşqçi elan olunur. Heç nədən çəkinmirəm. Mən bu məsuliyyəti üzərimə götürməyə hazıram. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31