25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Şota Arveladze: “Sxadadzenin Gürcüstan millisinə baş məşqçi təyin edilməsi çox önəmli qərar oldu”

"İlk öncə  Kaxaber Sxadadzeni Gürcüstan millisinin baş məşqçisi təyin edildiyi üçün təbrik edirəm. Sxadadzenin millini çalışdırmasına razılıq verdiyinə görə "İnter"in prezidentinə təşəkkür düşür. Çünki çoxu bu cür addımı atmazdı. Gürcüstan millisinə Sxadadzenin baş məşqçi təyin edilməsi çox önəmli qərar oldu". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Kasımpaşa"nın baş məşqçisi Şota Arveladze Bakı "İnter"i ilə yoxlama matçı öncəsi deyib.

O, həmyerlisi olan "İnter"in baş məşqçisi haqda müsbət fikirlər səsləndirib:  "Onun Azərbaycanda çox yaxşı işlər gördüyünü bilirəm. Sxadadze Avropa Liqasına vəsiqə qazanmağa və çempionluğa oynayan bir komanda yaradıb. Azərbaycan futbolunu Kaxaberə görə izləyirəm. "İnter"də hər il gənc oyunçular görmək olur".

Təcrübəli mütəxəssis Gürcüstan Futbol Federasiyasından ona da təklif göndərildiyini deyib: "Ancaq "Kasımpaşa" ilə üç illik müqaviləm olduğu üçün bu təklifi qəbul etmədim. Sxadadzenin "İnter"lə müqaviləsi bu mövsümün sonu başa çatdığına görə o, millidə işləməyi müsbət cavablandırdı".

Ş. Arveladze millimizin yeni baş məşqçisi Robert Prosineçki haqda danışıb: "Prosineçkini yaxından tanıyıram. Onun Azərbaycanda uğur qazanacağına inanıram. Çünki maddi durumu yaxşı olan bir ölkədə çalışır. Onun millini Avro-2016nın qrupundan çıxaracağını deyə bilmərəm, ancaq Prosineçkinin Azərbaycanda yaxşı işlər görəcəyini düşünürəm".

Mənbə: Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30