20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Məşqçilər Komitəsinin üzvləri bu dəfə “Simurq”un düşərgəsində

AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Antalyada qış təlim-məşq toplanışında olan “Simurq”un düşərgəsində olub. Futbolxeber.az-ın məlumatına görə, komitənin  sədri Vaqif Sadıqov və üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev, Şakir Qəribov Zaqatala təmsilçisinin məskunlaşdığı "Sirena Belek" otelində klubun prezidenti Anar Bəkirov, baş məşqi Georgi Çixradze, baş menecer Kamran İsmayılov və məşqçilər korpusu ilə görüşüb. Görüş zamanı bir çox mövzularla bağlı müzakirələr aparılıb. İlk öncə “Simurq”un hazırlığı ilə maraqlanan komitə üzvləri, daha sonra əsas milli komandada və digər yaş qruplarından ibarət yığmada oynayan futbolçuların durumları ilə bağlı məşqçilərlə söhbət ediblər.

Aparılan fikir mübadiləsi zamanı gənc futbolçuların yetişdirilməsi və bunun futbolumuzun inkişafı üçün vacibliyilə bağlı məsələyədə toxunulub. Həmçinin “Simurq”un əvəzedici heyətində oynayan və istedadlı futbolçuların asas komandaya cəlb olunması prossesi ilə bağlı məşqçilər korpusu komitə üzvlərinə məlumat verib

Görüş zamanı legioner limiti ilə bağlı da müxtəlif dialoqlar olub. Klubun prezidenti Anar Bəkirov bununla bağlı mövqeyini komitə üzvlərinə bildirib. Premyer Liqanın səviyyəsinin artırılması ilə yanaşı, aşağı dəstədə mübarizə aparılan komandalarda da vacib işlərin görülməsi xüsusən vurğulanıb.

Sonda görüşdən razı qalan hər iki tərəf, bu cür müzakirələrin davamlı olaraq aparılmasının məqsədə uyğun olduğu bildiriblər. 


simurqpfk.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30