28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Məşqçilər Komitəsinin üzvləri “Qəbələ”nin düşərgəsində

AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Qəbələ”nin hazırlıqları ilə daha yaxından tanış olmaq üçün komandanın düşərgəsində olub. Futbolxeber.az-ın məlumatına görə, komitənin sədri Vaqif Sadıqov və üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev, Şakir Qəribov baş məşqçi Roman Qriqorçuk, klubun baş meneceri Zaur Əzizov və komandanın rəisi Səbuhi Səfiyarlı ilə görüşüb. Görüş zamanı Ukrayna və Azərbaycan futbolunun müqayisəsi, onların Avropa futbolunda tutduğu yer və aparılan işlərin nisbəti barədə fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları gənc futbolçuların yetişdirilməsi və bunun futbolun inkişafı üçün vacibliyi ilə bağlı məsələyə də toxunublar. Bu fikirlər söylənildikdən sonra ortaq məxrəcə gəlinib ki, daha çox diqqət aşağı yaş qruplarından olan komandalara yönəldilməlidir.

Məşqçilər Komitəsinin üzvləri onu da qeyd ediblər ki, aşağı yaş qruplarından olan yığma komandalarda “Qəbələ” Futbol Akademiyasının üzvlərinin yer alması klubda bu istiqamətdə böyük işlərin aparılmasından xəbər verir.

Qriqorçuk da bildirib ki, məşqçilər korpusunun işinin əsas istiqamətlərindən biri akademiyada görülən işlərin nəticəsinin əsas komandada sərgi kimi nümayiş etdirilməsidir: “Çox istəyirik ki, yaxın zamanda nəticə göstərək. Belə şəraiti olan komanda mütləq liderlər sırasında, 1-ci pillədə qərarlaşmalıdır”.

Yığıncaqda legioner limiti məsələsinə də toxunulub. Qriqorçuk bildirib ki, limitin azaldılmasının futbolun və futbolçuların inkişafına faydalı olub-olmayacağını birmənalı şəkildə demək olmaz. Bunun ölkə futboluna bələd olan mütəxəssislər müzakirə edib, ortaq məxrəcə gəlməlidir. Ukraynalı mütəxəssis onu da əlavə edib ki, gənc futbolçuların bir çoxu böyük futboldakı tapşırıqları yerinə yetirmək iqtidarında deyil.

Görüşdə bunun aradan qaldırılması üçün müəyyən işlərin aparılması, Premyer Liqa klublarının səviyyəsinin artırılması, aşağı dəstədə oyun səviyyəsinin qaldırılması da müzakirə olunub. Qriqorçuk öz növbəsində qeyd edib ki, Azərbaycan futboluna hələ yaxından bələd olmadığından hər hansı fikir yürüdə bilməz. Lakin çempionatın startından sonra bu məsələlərin müzakirəsində daha yaxından iştirak edə bilər.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31