16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qəbələ”nin yeni transferi: “İddialıyam və əsas qapıçı olmaq üçün çalışacağam”

“Qəbələ”nin yeni qapıçısı Dmitri Bezotosni klubu və transferinin reallaşması haqda fikirlərini gabalafc.az-la bölüşüb. Futbolxeber.az ukraynalı qolkiperin fikirlərini təqdim edir: “İddialı, qarşısına böyük hədəflər qoyan bir kluba keçdiyim üçün şadam. Bilirəm ki, komanda Avropa Liqasına düşmək üçün mübarizə aparır. Mən də əvvəlki klubum “Çernomorets”lə bu yarışda çıxış etmişəm. Bunun necə xoş olduğunu bilirəm. Yeni komandamla da avrokuboklarda oynamaq istəyirəm. Bunun üçün komandama əlimdən gələn köməyi edəcəm. Baş məşqçimiz Roman Qriqorçuku da Odessa klubundan tanıyıram. Bilirəm ki, o da iddialı mütəxəssisdir”.

Qapıçı yeni klubunda olan rəqabətdən, əsas heyətə düşmək üçün mübarizə aparacağından da danışıb: “Məşqçimiz mənə zəng vurub, dəvət edəndə götür-qoy etdim və razılaşdım. Komandada rəqabətin olması müsbət haldır. Mən də, digər qapıçılar da məşqlərdə çalışıb, özümüzü göstərəcəyik. Nəticə qazanmaq istəyən komandanın məşqçisi də daha güclü olan qapıçıya etimad göstərəcək. Mən də iddialıyam və əsas qapıçı olmaq üçün çalışacağam. Yalnız 6 aylıq anlaşmağımız isə qarşılıqlı razılıq əsasında oldu. Ola bilər ki, yayda anlaşmanı uzadaq."




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30