28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”nin qapıçıları hazırlıq prosesini dəyərləndirdi

"Neftçi" PFK Antalya hazırlığını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, komandanın düşərgəsində 3 qapıçı - Saşa Stamenkoviç, Aqil Məmmədov və Maksim Vaylo qapıçılar üzrə məşqçi Pavels Doroşevsin rəhbərliyi altında hazırlıq keçir. Qapıçılar barədə videomaterialı təqdim edirik:

Pavels Doroşevs: "Baş məşqçinin proqramına əsasən məşqlərimizi davam etdiririk. Futbolçular bütün tapşırıqları yüz faiz yerinə yetirirlər. Açığı hər şeyin bu qədər yaxşı alınacağını gözləmirdim. Məşq üçün hər bir şərait yaradılıb. Meydança ideal vəziyyətdədir. Buna görə klub prezidenti Sadıq müəllimə təşəkkürümü bildirirəm. Çempionatın ikinci hissəsinə yüksək əhval-ruhiyyə ilə hazırlaşırıq. Hər şey əladır. Qapıçılarımızdan ikisi təcrübəlidir. Bu yaşda onlar üçün nəyisə kökündən dəyişmək yanlış olardı. Çalışırıq onlar öz güclü tərəfləri ilə zəif cəhətlərini sığortalasınlar. Maksim Vaylonu isə müəyyən qədər istiqamətləndirmək lazımdır. Aqil Məmmədova gəldikdə isə o əla qapıçıdır və məni yaxşı mənada təəccübəndirdi. Düşünürəm ki, O, Saşa Stamenkoviçlə yüz faiz rəqabət apara biləcək”.

Aqil Məmmədov: "Birinci oyun olduğu üçün komandaya uyğunlaşmaq müəyyən qədər çətin idi. Çünki neçə il "Bakı"da oynamışam və "Bakı"dan sonra ilk komandam "Neftçi"dir. Şükür allaha pis alınmadı, birinci oyunumuzda qələbə qazandıq. İnşallah çalışacağıq ki, burdakı oyunlarda qələbə qazanaq və çempionata həvəslə gedək. Komandada yeni olduğum üçün çətinlik çəksəm də, düşünürəm ki, oynadıqca düzələcək”.

Saşa Stamenkoviç: "Hazırlığın ilk mərhələsi ağır məşqlərdən ibarətdir. Vaxt keçdikcə daha yaxşı durumda olacağıq. Əsas odur ki, hazırlığın sonuna kimi heç kəs zədə almasın və hamı hazır vəziyyətdə Bakıya qayıtsın. Aqilə və Maksimə böyük hörmətim var. Rəqabətin olması normaldır. Belədə hər qapıçı ən yaxşı olmağa çalışır”. 


neftchipfk.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31