19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ”nin yeni transferi: “Biz futbolçulara yalnız yaxşı oynamaq və qalib gəlmək qalır”

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin ukraynalı futbolçusu Aleksey Qay hazırlıq prosesi barədə fikirlərini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi Türkiyənin “Əskişəhərspor” klubu ilə qarşılaşmadan sonra fikirlərini gabalafc.az-la bölüşüb: “Keçirdiyimiz yoxlama oyunlarında nəticə deyil, məşqçinin komandaya aşılamaq istədiyi oyun sxemi ön sırada durur. İndiki matçlarımız təhlil üçün əsas verir. Bu da gələcəkdə daha güclü çıxış etməyimizə səbəb olmalıdır. Lakin hələ çox çalışmalıyıq”.

Qay bildirib ki, “qırmızı-qaralar”a Antalya toplanışında qatılsa da, yeni komandaya gözlədiyindən də asan uyğunlaşıb: “Qəbələ”yə uyğunlaşmaqda heç bir çətinlik olmadı. Bu prosesin daha çətin olacağını gözləyirdim. Lakin burada məni çox isti qarşıladılar. Bütün komanda üzvlərinin arasında qarşılıqlı hörmət olan yerdə uyğunlaşma ilə bağlı da çətinlik ola bilməz. Belə olanda biz futbolçulara yalnız yaxşı oynamaq və qalib gəlmək qalır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30