28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Millinin məşqçiləri “Xəzər Lənkəran”, “Neftçi”, “İnter” və “Qəbələ”nin oyunlarını izlədilər

Türkiyədə təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının və yığma komandaların hazırlıq prosesini yaxından izləmək məqsədilə Antalya şəhərində səfərdə olan Azərbaycan millisinin məqşçilər korpusu daha bir neçə oyuna baxıblar. Futbolxeber.az-ın məlumatına görə, millimizin baş məşqçisi Robert Prosineçki “Neftçi” - “Hajer” (Səudiyyə Ərəbistanı) oyununu izləyib, sonra R.Prosineçki və Yaşar Vahabzadə “Neftçi”nin baş məqşçisi Arif Əsədovla görüşüblər.

Elxan Abdullayev, Draqan Spasiç, Qordan Tsipriç, Yanko Yankoviç, Faiq Əzizov və Babək Alxasov “Xəzər Lənkəran” - “Çemnitser” (Almaniya), Elxan Abdullayev, Draqan Spasiç, Yanko Yankoviç və Babək Alxasov “Qəbələ” - “Eskişehirspor” (Türkiyə), Faiq Əzizov və Qordan Tsipriç isə “İnter” - “Kayrat” (Qazaxıstan) qarşılaşmasını izləyiblər.

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31