Ölkə futbolu
Üzeyir İbrahimov: “Beşinci yer ilə razılaşmırıq” (Müsahibə)
19 yaşadək futbolçulardan ibarət milli komandamızın qapıçılar üzrə məşqçisi Üzeyir İbrahimov Futbolxeber.az saytına müsahibə verib.
- Millimiz Valentin Qranatkinin xatirəsinə həsr edilmiş beynəlxalq turnirdəki çıxışını başa vurdu. Komandamızın turnirdəki çıxışını necə dəyərləndirirsiz?
- Turnir boyu çıxışımızı qənəatbəxş hesab etmək olar. Komandamız yeddinci dəfə qatıldığı turnirdə ən yaxşı nəticəsinə imza atdı. Uşaqlar həqiqətən də ürəklərini ortaya qoydular. Turnirə çox uğurla başladıq. İlk iki oyunda qələbə qazanıb, ilk 6 yer uğrunda mübarizə aparmaq hüququ qazandıq. Sonradan Sankt-Peterburq uduzduq. Bu oyunda komanda bütün emosiyalarını xərclədi. Düzdür, hakim səhvi də oldu. Koreya Respublikası ilə matçda yorğunluq baş qaldırdı və rəqibə uduzduq. Son oyunda isə uşaqlar özlərində güc tapıb, toparlandılar. Penalti seriyasında olsa belə, lazımı nəticəni əldə edə bildik.
- Komandamız yarışı beşinci yerdə tamamladı. V yer millimizin real gücünün göstəricisidir, yoxsa daha yüksək pilləyə də sahib çıxmaq olardı?
- Beşinci yer ilə razılaşmırıq. Mənə görə bağışlanmayacaq səhv Sankt Peterburqa uduzmağımız oldu. Həmin matçda meydan sahibləri bizdən güclü deyildi. Oyunu özümüz rəqibə hədiyyə etdik. Fərdi səhvlər məğlubiyyətimizə gətirib çıxardı. Halbuki həmin məğlubiyyət olmasaydı, komandamız daha iddialı olardı və bundan da yaxşı yer tuta bilərdik.
- Azərbaycanlı futbolçuların psixologiyasına siz də bələdsiz, biz də. Ardcıl qələbələrdən sonra istər-istəməz futbolçularımızda arxayınçılıq yaranır. Yığmamızın Sankt-Peterburqa yenilgisində bu amilin rolu oldumu?
- Sankt-Peterburqa uşaqların arxayınçılığından dolayı məğlub olduq deyə bilmərəm. Fərdi səhvlərin qurbanı olduq. Futbolçular həmin görüşdə məşqçilər korpusu tərəfindən verilən tapşırıqları düzgün şəkildə yerinə yetirə bilmədilər. Komanda üzvlərində eyforiyaya qapılmaq, özündən razılıq olmadı. Məşqçilər korpusu olaraq biz də futbolçuları oyuna düzgün hazırlamaq üçün çalışdıq. Sadəcə fərdi səhvlər istəyimizə çatmağımıza mane oldu.
- Komandada ən güclü mövqe qapıdır desəm, yanılmaram. Çünki bu mövqeyə iki yüksəksəviyyəli namizəd var. Turnirboyu da hər iki qolkiper özünü yalnız və yalnız ən yaxşı tərəfdən göstərdi. İlk oyundan öncə qapını Ağaseyid Qasımova tapşırdınız. Seçimi nəyə əsasən etdiz?
- Tolqa Şahin turnirdən öncə Bakıda keçdiyimiz təlim-məşq toplanışında iştirak etməmişdi. Ağaseyid özünü orada yaxşı tərəfdən göstərməsə də, məşqçilər korpusu olaraq ilk mtçda ona şans vermək qərarına gəldik. Baş məşqçi qapı xətti ilə bağlı fikrimi öyrənsə də, son söz təbii ki onundur. Məsləhətimiz də belə oldu ki, yaponlarla oyunda Ağaseyidə şans verək. O da özünü yaxşı tərəfdən göstərdi. Sankt-Peterburqa oyundan sonra qapı xəttində dəyişiklik etdik. Ağaseyidin Koreya Respublikası ilə matçda start heyətində yer almaması onun oyunu ilə bağlı deyildi. Sərəncamımda 2 bərabər səviyyəli qapıçı var. Bizim əsas işimiz yuxarı yaş qrupu üzrə milli komandalar üçün qapıçı yetişdirməkdir. Bu yarışda da hər iki qolkiperə şans verdik. Onlar da özlərini yaxşı tərəfdən göstərdilər.
- Həqiqətən də hər iki qapıçı inamlı oyunu ilə seçildi. Amma onların da müsbət və mənfi cəhətləri var. Həm Ağaseyid Qasımovun, həm də Tolqa Şahinin çatışmayan cəhətləri hansıdır?
- Çatışmayan cəhətlər hər iki qapıçıda var. 18-19 yaşında hansısa futbolçu üçün “mükəmməl qapıçıdır” deyə bilmərik. Çünki yaxşı qapıçı olmaq üçün əsas cəhətlərdən biri təcrübədi. Bu yaşda isə böyük təcrübəyə sahib olmaq çətindir. Qapıçıların hansı çatışmazlıqlarının olması haqda çox danışmaq istəməzdim. Çünki bizim bütün bunları analiz edirik və gələcəkdə də çatışmayan cəhətlər üzərində çalışacağıq. Turnirin yaxşı tərəfi odur ki, 5 oyunda hər iki qapıçını izlədik və onların çıxışları gələcəyə nikbin baxmağa əsas verir. Dayanmaq olmaz, çatışmazlıqları gələcəkdə aradan qaldırmağa çalışacağıq.
- Bildiyim qədəri ilə Ağaseyidin zədəsi var idi və son 2 oyunda da bu səbəbdən start heyətində yer almadı. Amma Belarusla oyunun sonunda Ağaseyidi meydana buraxdız. Onun penatilər seriyasına görə oyuna qoşulduğu bəllidir. Bununla belə, bu addımın risq olduğunu fikri ilə razısız?
- Oyundan qabaq tibbi personal ilə söhbətimiz oldu və onlar dedilər ki, Ağaseyid oynaya bilər. Qasımov penalti seriyasında kifayət qədər püxtələşib. Daha əvvəl zədəsi olsa da, son oyunda sağlamlıq baxımından hər hansı bir problem yox idi. Tibbi personal onun zədəsini bərpa etmişdi. Sona yaxın hesab bərabər olarkən onun meydana daxil olması hesablanmış addım idi. Ehtiyat oyunçular skamyasında yer alması da bundan irəli gəlirdi.
- Valentin Qranaktinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə daha əvvəl də iştirak etmisiz. Budəfəki yarışın səviyyəsi əvvəlkilərdən nə dərəcədə fərqlənirdi?
- Əvvəlki turnirlərdə Türkiyə, İtaliya, Çexiya, İran kimi güclü komandalar mübarizə aparırdı. Amma həmin komandalardan bəziləri hakim səhvlərini bəhanə edərək, yarışa daha qatılmırlar. Bu hər nə qədər bəhanə olsa da, adını çəkdiyim komandaların yarışa qatılmaması turnirin səviyyəyəsinə təsir göstərir. Rusiya-2, Moskva komandalarının əvəzinə İtaliya, Türkiyə, Çexiya yığmaları oynsalar, yarış daha maraqlı keçər. Amma həmin komandalar qatılmasalar belə, budəfəki yarış da yüksək səviyyəsi ilə seçilirdi. Hakim səhvləri yenə də var. Özünüz də şahid olduz ki, təkcə bizim oyunda deyil, digər komandaların matçlarında da səhv qərarlar qəbul edilirdi. Amma bu da futbolun tərkib hissəsidi. Komandamız beşinci oldu. İnanıram ki, gələn il, ondan sonrakı illərdə də komandalarımız bu nəticəni daha da yaxşılaşdıracaqlar.
- Baş məşqçi Nikolay Adam son oyundan sonra keçirilən mətbuat konfransında sizin haqqınızda kifayət qədər müsbət fikirlər səsləndirdi. Ən çox diqqətimi “Üzeyir İbrahimov son 4 ildə demək olar ki, bütün seminalara qatılıb” deməsi oldu. Maraqlıdır, qatıldığınız seminaların fəaliyyətinizə nə dərəcədə təsiri olur?
- Özüm haqda çox danışmaq istəməzdim. Qısaca deyim ki, gənc məşqçiyəm və daim üzərimdə dayanmadan çalışıram. İmkan olduqca bütün seminarlara qatılmağa cəhd edirəm. Futboldakı yeniliklərlə seminarlarda daha yaxından tanış olmaq mümkündür. Həm nəzəri, həm də praktiki cəhətdən öyəndiklərim işimdə mənə çox faydalı olur. Bu səbəbdən də gələcəkdə də seminarlara qatılmaqda maraqlıyam. Fürsətdən istifadə edib, həmin seminarlarda iştirakıma şərait yaradan AFFA rəhbərliyinə minnətdaram. Bütün səfərlər onların birbaşa dəstəyi sayəsində baş tutur. Biz də öyrəndiklərimizi milli komandada tətbiq edirik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
-
13:21
“Turan Tovuz” - "Fənərbaxça” oyununa böyük maraq: 1 saata 6 min bilet satıldı
-
13:00
İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
12:36
Hardasan, ay inkişaf?..
-
11:59
"Formula 1" pilotu Pyer Qasli: "Bakıdakı yarışı bəyənirəm"
-
11:12
"Qaradağ Lökbatan"dan 7 qollu qələbə VİDEO
-
10:43
Yankauskas: “Azərbaycanda prioritet klub futboludur, milli yox”
-
10:25
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə yüksəlib
-
10:07
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
09:34
Cəlal ehtiyatda qaldı, komandası qələbə qazandı
-
23:09
"Dinamo"nun qələbəsi VİDEO
-
22:31
Daha üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
22.09.2026
21.09.2026
20.09.2026
























