28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Nikolay Adam: “Bütün gücümüzü sərf edəcəyik ki, beşinci yeri tutaq”

“Komandamda yorğunluq var idi. Bu da ikinci hissədə özünü göstərdi. Ardıcıl 2 gərgin oyun keçirmək çıxışımıza ciddi təsir etdi”. Futbolxeber.az-ın Sankt-Peterburqa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri Koreya Respublikası ilə oyundan sonra U-19 millimizin baş məşqçisi Nikolay Adam deyib.

Alman məşqçi komandası ilə fəxr etdiyini bildirib: “Futbolçular bacardıqlarını etdilər. Komandamla fəxr edirəm. Qarşıda daha bir oyunumuz var. Futbolçularım həmin oyunu artıq indidən səbirsizliklə gözləyirlər. Bütün gücümüzü sərf edəcəyik ki, beşinci yeri tutaq. Hesabda geri düşdükdən sonra Elnur Cəfərovu hücuma keçirdik. Uduzmağı heç kim sevmir. Amma bu, Azərbaycan millisinin Sankt-Peterburqda qazandığı ən yaxşı nəticədir. Düzdür, bir dəfə Lippertin vaxtında komanda 5-ci olub. Amma həmin vaxt yarışda 8 komanda mübarizə aparırdı”.

Sona yaxın meydandan uzaqlaşdırılan millimizin baş məşqçisi hərəkətinə görə üzrxahlıq edib: “Əsəbimdən topu göyə vurdum. Bu hərəkətimə görə üzr istəyirəm. Məşqçi belə etməməli, emisoyalarını cilovlamalıdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31