29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

İsgəndər Cavadov: “Sankt-Peterburqla oyunda millimizin qeydə alınmayan ilk qolunda ofsayt yox idi”

FIFA-nın I vitse-prezidenti Valentinin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarını izləmək üçün Rusiyanın Sankt-Peterburq şəhərində olan AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov geridə qalan müddətdə millimizin çıxışını dəyərləndirib. Futbolxeber.az-ın Sankt-Peterburqa ezam olunmuş əməkdaşına verdiyi açıqlamada Cavadov deyib: “İlk dəfə deyil ki, bu turnirin oyunlarını izləyirəm. Əvvəla, onu qeyd edim ki, komandaların gücü, oyunların rəngarəngliyi baxımından bu turnirin səviyyəsi yüksəkdir və gənc futbolçuların beynəlxalq təcrübəsinin artmasında müsbət mənada böyük rol oynayır. Yığmamızın çıxışına gəlincə, ötən illərlə müqayisədə, bu dəfə sevindiri məqamlar çoxdur. İstər nəticə - bildiyiniz kimi, turnirin ilk iki oyununda komandamız qələbə qazandı - istərsə də, futbolçuların mübarizə əzmi təqdirəlayiqdir. Əlbəttə, çatışmazlıqlar da var. Bu da təbiidir. Hər bir komandanın oyununda müxtəlif məqamlarda səhvlər ortaya çıxır. Sankt-Peterburq komandasına məğlubiyyət də müəyyən mənada müdafiədə yol verilən səhvlərin nəticəsi idi. Amma hakimlərin də yığmamızın əleyhinə müəyyən qərarlar çıxarmasını qeyd etməliyəm. Məsələn, mənə elə gəlir ki, komandamızın qeydə alınmayan ilk qolunda oyundankənar vəziyyət yox idi, qol qaydalar çərçivəsində vurulmuşdu. Futbolçularımızda müəyyən qədər ustalıq çatışmasa da, komanda ruhu hesabına bunu sığortalamağı bacarırlar. Bu, çox vacib amildir. Ümumi götürdükdə, yığmamızın çıxışından razıyam. Komandanın yaxşı oyunu azarkeşlərin də diqqətini cəlb edir. Məsələn, Sankt-Peterburq – Azərbaycan oyununda tribunadakı neytral azarkeşlərin bir çoxu bizim komandanı dəstəkləyirdi, hətta bəzi futbolçularımızın ad-soyadını öyrəniblər və onları vaxtaşırı irəli getməyə səsləyirdilər. Yığmamızın artıq 7 ildir ki, ardıcıl olaraq bu turnirdə çıxışına şərait yaratdığı üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Ötən illər ərzində bir çox komandalar bu turnirdə iştirak edib, lakin onların bəzisi indi yarışa qatılmır. Qeyd etdiyim kimi, beynəlxalq təcrübə baxımından turnir çox əhəmiyyətlidir və AFFA hər il futbolçularımızın burada iştirakını təmin etməklə ilin əvvəlindən etibarən onların oyun praktikası qazanmasına şərait yaradır. Mətbuatda müəyyən fikirlərə rast gəldim. Azərbaycanlı futbolçuların vaxtından tez inkişaf etməsi ilə bağlı deyilənlər yalnız gülüş doğurur. Çünki turnirdəki iştirakçı komandaları görürük. Bizim millidə deyil, amma bəzi komandalarda yaşca daha böyük futbolçuların olduğu açıq-aşkar görünür”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31