20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Erməni futbolçu ilə bağlı sual milli komandamızın baş məşqçisini özündən çıxardı

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci beynəlxalq turnirin ikinci turu çərçivəsində keçirilən Sankt-Peterburq - Azərbaycan matçı sonrası baş tutan mətbuat konfransında insident yaşanıb. Futbolxeber.az saytının Sankt-Peterburqa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, rus jurnalistlərdən biri Sankt-Peterburqun baş məşqçisi Vladimir Kazaçonoka komandasının erməni üzvü David Martirosyanla bağlı sual verib. Bu isə millimizin baş məşqçisi Nikolay Adamın narazılığına səbəb olub. Alman məşqçi həmkarının cavabından sonra söz alaraq deyib: “Biz futbol oynayırıq. Futbolu siyasətə çevirməyə ehtiyac yoxdur. Sizin sualınız təxribatdır. Dünyada onsuz da kifayət qədər problem var. Belə söhbətlərə ehtiyac yoxdur”. 

Qeyd edək ki, rus jurnalist Vladimir Kazaçonoka, “Siz Martirosyanı ikinci hissədə meydana buraxdız. Bu dəyişiklik təxribat xarakteri daşımırdı” sualını vermişdi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30