19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Rauf Əliyev “Neftçi”yə keçidindən danışdı

"Neftçi" Azərbaycan futbolunun ən köklü komandasıdır. İstənilən yerli futbolçu üçün "Neftçi"də oynamaq şərəfdir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin yeni transferi Rauf Əliyev deyib.

“Ağ-qaralar”ın rəsmi saytına danışan Əliyev, məsuliyyətini dərk etdiyini bildirib: “Bu komanda hər zaman ən yüksək yerlər uğrunda mübarizə aparıb. Zəngin tarixi və böyük iddiası olan kluba gəldiyim üçün xoşbəxtəm. Bilirəm ki, üzərimə böyük məsuliyyət düşür. "Neftçi"nin heyətində özümü doğrultmaq və komandama faydalı olmaq istəyirəm. İnanıram ki, azarkeşlərin də sevgisi və dəstəyi sayəsində qolları sıralayacam. Mən milli komandanın da üzvüyəm. Ona görə də çalışacam ki, "Neftçi"də bacardığım qədər yaxşı çıxış edərək, yığmamıza da faydalı olum”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30