19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ruslarla oyunun ən yaxşısı: “Turnirə gələndə özümüzə inanırdıq” (Müsahibə)

U-19 millimizin üzvü, Valentin Qranatkinin xatirə turnirinin ikinci turu çərçivəsində Rusiya-2 komandasına qarşı baş tutan oyunda yığmamızın ən yaxşı oyunçusu seçilən Emin Zamanov Futbolxeber.az-ın Sankt-Peterburqa ezam olunmuş əməkdaşına müsahibə verib.

- Millimiz Sankt-Peteburqdakı ardıcıl ikinci oyununda da qələbə qazandı. Rusiya-2 komandasına qarşı baş tutan görüş barədə nə deyə bilərsən?

- Oyun bizim üçün çox vacib idi. Çünki qrupu birinci yerdə başa vurmaq istəyirdik. Bunun üçün də mütləq qələbə qazanmalıydıq. İstəyimizə də nail olduq. Buna görə komanda yoldaşlarıma təşəkkür edirəm və hər kəsi təbrik edirəm. Əsl əzmkarlıq nümayiş etdirərək, qalib gəldik. Nəticə ilə yanaşı, yaxşı oyun da sərgilədik.

- İlk turda millimizin son çempion Yaponiyanı məğlub etməsi bir çoxları üçün sürpriz oldu. Demək olar ki, bu qələbə komanda üçün yüksək motivasiya oldu?

- Biz turnirə gələndə özümüzüə inanırdıq. Qrupda birinci yeri tutmaq barədə düşünürdük. Həqiqətən də Yaponiya üzərində qazandığımız qələbə bizi daha da ruhlandırdı. Rusiyaya qarşı daha gözəl oynadıq.

- Yaponiya ilə oyundan sonra baş məşqçi komandanın gücünü bərpa etməsinə görə narahat idi. Amma Rusiya-2 komandası ilə matçda 1 gün əvvəl çətin oyun keçirmiş futbolçulara oxşamırdız...

- Çox şükür ki, hər hansı bir problem yaşamadıq. Yaponiya ilə oyunda güc itirmişdik. Amma ruslarla oyunda hər hansı çətinlik çəkmədik. Komandada hər şey qaydasındadır. Bunun da nəticəsində 90 dəqiqə meydanın hər qarışı uğrunda mübarizə aparırdıq.

- Ardıcıl 2 və qələbə və qrup birinciliyi. Bu nəticədən sonra artıq sizdən çempionluq gözləyənlər də var. Bakıya kubokla qayıtmaq mümkündü?

- Biz indidən bu haqda düşünmürük. İndi yalnız növbəti matçı fikirləşməliyik. Məqsədimiz bacardıqca yüksək yer tutmaqdı.

- Rusiya ilə oyunda millimizin ən yaxşı futbolçusu seçiləcəyini gözləyirdin?

- Bu barədə heç fikirləşmirdim. Meydanda komandam üçün sona kimi mübarizə apardım. Sağ olsun məşqçilər ki, məni ən yaxşı seçdilər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30