18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

U-19-un növbəti rəqibləri: 2 vəsiqəyə 4 namizəd

Valentin Qranatkinin xatirə turnirində çıxış edən Azərbaycan millisinin növbəti mərhələdə qarşılaşacağı rəqiblərin adları bu gün müəyyənləşəcək. Futbolxeber.az-ın məlumatına görə, növbəti mərhələdə millimizin rəqibləri D və E qruplarının qalibləri olacaq. Hər iki qrupda isə qalib olmağa 2 namizəd var. D qrupunda son oyunda Slovakiya millisi Sankt-Peterburqla qarşılaşacaq. Növbəti mərhələyə qrup qalibi kimi adlamaq üçün Slovakiya millisini 1 xal da qane edir. Əgər Slovakiya millisi uduzsa, o zaman yığmamıza meydan sahibləri rəqib olacaqlar.

E qrupunda isə hazırda lider 2 oyuna 4 xal toplamış Finlandiya millisidir. Cənubi Koreya millisinin 1 xal var və asiyalılar son turda aktivində xal olan Moskva komandası ilə üz-üzə gələcək. Bu matçda 2 top fərqi ilə qalib gələcəyi halda, yığmamızın rəqibi Cənubi Koreya olacaq. Əks halda isə millimiz finlərlə qarşılaşacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30