29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Millimizin baş məşqçisi: “Əsas odur ki, Rusiya ilə oyuna qədər...”

“Qapıda Tolqa Şahinə deyil, Ağaseyid Qasımova şans verməyim səbəbsiz deyil. Tolqa Şahin Bakıda keçirilən təlim-məşq toplanışında iştirak edə bilməmişdi. Üstəlik, dünən baş tutan oyunöncəsi məşqdə də Ağaseyid özünü yaxşı tərəfdən göstərdi”. Futbolxeber.az-ın Sankt-Peterburqa ezam olunmuş əməkdaşına verdiyi açıqlamada bu sözləri U-19-un baş məşqçisi Nikolay Adam deyib.

Valentin Qranatkinin xatirə turnirinin ilk turu çərçivəsində Yaponiyaya qarşı baş tutan oyunda (1:0) Adamın qapıda “Qarabağ”ın gənc qolkiperinə şans verib.    

Alman məşqçi sabah yarışın ikinci turu çərçivəsində Rusiya-2 komandasına qarşı baş tutacaq oyun haqda da fikirlərini açıqlayıb: “Rusiya ilə oyunumuz da çətin olacaq. Rəqib zəif deyil. Üstəlik, bizdən fərqli olaraq onlar bu gün istirahət ediblər. Bununla belə, meydana yenə də yalnız qələbə üçün çıxacağıq. Əsas odur ki, Rusiya ilə oyuna qədər gücümüzü bərpa edək”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31